"Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - BƏHRUZ QULİYEV

"Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - BƏHRUZ QULİYEV"İsraildə 1915-ci il hadisələrinin 'erməni soyqırımı' kimi tanınması təşəbbüsünün gündəmə gətirilməsi təkcə tarixi məsələ deyil, həm də ciddi geosiyasi və diplomatik məzmun daşıyan bir hadisə idi. Bu proses bir daha göstərdi ki, Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələr artıq bir-birindən ayrı deyil, vahid geosiyasi kontekstdə qiymətləndirilir.

Azərbaycan bu məsələdə prinsipial, təmkinli və milli maraqlara söykənən mövqe nümayiş etdirdi. Bakı tarixi hadisələrin siyasi alətə çevrilməsinin əleyhinə olduğunu açıq şəkildə bəyan etdi və İsrail tərəfini bu qərarı yenidən nəzərdən keçirməyə çağırdı. Bu, hansısa dövlətə qarşı çıxmaq deyil, strateji tərəfdaşa dostcasına edilən səmimi xəbərdarlıq idi." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir. Məhz buna görə Bakı emosiyalarla deyil, diplomatik məsuliyyət hissi ilə hərəkət etdi. Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz istiqamətidir və Ankara üçün xüsusi həssaslıq doğuran məsələlərdə Azərbaycanın mövqeyi əvvəldən bəlli idi.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın ortaya qoyduğu arqumentlər İsrail cəmiyyətində, ekspert dairələrində və siyasi mühitdə də ciddi müzakirələr yaratdı. Getdikcə belə bir fikir formalaşdı ki, bu təşəbbüs nə İsrailin milli maraqlarına, nə də regionda formalaşmış strateji əməkdaşlıq mühitinə xidmət edir.

"Düşünürəm ki, prosesin dayandırılması onu göstərdi ki, düşünülmüş diplomatiya bəzən ən sərt bəyanatlardan daha təsirli olur.

Bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir. Artıq Azərbaycan yalnız regional prosesləri izləyən dövlət deyil, onların istiqamətinə təsir göstərən, mövqeyi dinlənilən və nəzərə alınan mühüm siyasi aktordur. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizə belə imkanlar qazandırıb.

Bu gün Azərbaycanın sözü beynəlxalq platformalarda eşidilir, tərəfdaşları tərəfindən diqqətlə qiymətləndirilir. Ən önəmlisi isə budur ki, ölkəmiz dostluq münasibətlərini qorumaqla yanaşı, milli maraqları və müttəfiqlərinin həssas yanaşdığı məsələləri də qətiyyətlə müdafiə etməyi bacarır.

Məhz buna görə də baş verən hadisə təkcə bir diplomatik epizod deyil. Bu, Azərbaycanın siyasi çəkisinin, diplomatik imkanlarının və beynəlxalq etimadının real nəticəsidir. Gələcək dövrdə də ölkəmizin prinsipial, uzaqgörən və balanslaşdırılmış xarici siyasəti regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verəcək." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 577   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 461
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 288
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 375
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

19:24 0
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

17:30 138
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 218
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 221
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

16:10 158
.