Şuşada IV Qlobal Media Forumu keçiriləcək
13-14 iyul tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək.
Medianın İnkişafı Agentliyindən "Qafqazinfo"ya bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunub.
İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.
Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının media sektoruna və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub. Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər 4-cü Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində ətraflı müzakirə ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 679 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185