NASA könüllülər axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-ci ilin avqustunda Hyustondakı Conson Kosmik Mərkəzində başlaması planlaşdırılır.
Layihənin məqsədi uzunmüddətli kosmik uçuşların insan sağlamlığı və performansına təsirini öyrənmək, həmçinin gələcək missiyaların risklərini azaltmaqdır.
Simulyasiya çərçivəsində iştirakçılar əvvəlcə 60 kvadratmetrlik kosmik gəmi modelində yaşayaraq, Marsa uçuşu imitasiya edəcəklər. Daha sonra onlar planet səthini təqlid edən 84 kvadratmetrlik bazaya köçəcək, burada məhsul yetişdirəcək, sağlamlıqlarını izləyəcək və xüsusi hazırlanmış ərazidə kosmik yürüşlər həyata keçirəcəklər. Proqramın son mərhələsində isə Yerə qayıdış simulyasiya olunacaq.
Layihə çərçivəsində könüllülərin Marsın vaxt qurşağına uyğunlaşması da araşdırılacaq. Marsda bir sutka Yer vaxtından təxminən 40 dəqiqə uzundur və alimlər bunun yuxu rejimi və iş qabiliyyətinə təsirini öyrənməyi planlaşdırırlar.
NASA proqramda iştirak etmək istəyən namizədlərin mühəndislik, biologiya, fizika və ya riyaziyyat sahəsində ali təhsilli, 30-55 yaş aralığında olan ABŞ vətəndaşları və ya daimi sakinləri olmasını tələb edir. Bundan əlavə, namizədlər fiziki və psixoloji testlərdən keçməli, yuxuda gəzmə problemi yaşamamalı və yuxu dərmanlarından istifadə etməməlidirlər.
NASA-nın əvvəlki oxşar layihələrində iştirak etmiş həkim Natan Cons bildirib ki, bir il ərzində xarici aləmdən təcrid olunmuş şəraitdə yaşamaq emosional baxımdan ciddi sınaqdır. Onun sözlərinə görə, bu təcrübə gündəlik həyatda adi görünən şeylərin - günəş işığının, təbiətin və təzə qidanın dəyərini daha yaxşı anlamağa kömək edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 315 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya Baş Prokurorluğundan casusluq ittihamı
Almaniya Federal Baş Prokurorluğu Almaniya və Ukrayna vətəndaşı olan şəxsi xarici kəşfiyyat xidmətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edib. xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, İlona V.-nin hərbi və siyasi dairələrd
11:23 160 Rusiya Ukraynanın sənaye obyektlərinə zərbələr endirib, dörd nəfər ölüb
Çərşənbə axşamı Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya gecə Ukraynanın sənaye mərkəzinə zərbə endirib, dörd nəfərin ölümünə səbəb olub, şimalda baş verən hücum isə minlərlə insanın elektrik enerjisi ilə təminatını kəsib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Moskva hava müharibəsini genişləndirərək
15:12 172 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
16:40 145 Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
16:02 223 Nə otel var, nə kafe - bu adaya turistlər donuzlara görə gəlirlər
Yunanıstanın kiçik Atokos adasında nə otel, nə də kafe var. Buna baxmayaraq, ada turistlərin diqqətini çəkir. Səbəb isə çimərlikdə sərbəst gəzən və istirahətçilərlə birlikdə dənizdə üzən qara donuzlardır. xarici mediaya istinadla xəbər verir ki, İon dənizində yerləşən Atokos İtaka, Lefkada və Kefaloniy
18:15 2 "Rabitəbank" tələbləri pozdu - AMB sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. "Qafqazinfo" AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanmas
14:44 189 Türk mediası belə "Çılğın dondurmacı"nın Bakıda qızlarla rəqsindən yazdı
Musiqili və rəqsli dondurma şouları ilə tanınan "Çılğın dondurmacı" ləqəbli şəxsin Bakıda çəkdirdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, Antalyadakı mağazasının sökülməsindən sonra Dubaya, daha sonra isə Bakıya köçən Mehmet Dinçin qızlarla rəqsi haqd
15:14 238 Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?
"Yeni tədris ilinin ilk günlərində məktəblərin qarşısında diqqəti çəkən mənzərələrdən biri məktəbli formasıdır. Eyni məktəbin şagirdləri vahid geyimdə dərsə gəlir, məktəbin həyətində, küçədə və tədbirlərdə bir kollektivin üzvləri kimi görünürlər. İlk baxışda bu, sadəcə geyim məsələsi təsiri bağışlay
13:38 175 Nazirlər Kabinetindən məktəbli formaları ilə bağlı yeni qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin yeni qərarı ilə məktəbli formasının vahidliyini pozan geyim elementlərinin istifadəsinə məhdudiyyət qoyulub. Qərarda valideynlərin də övladlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməl
11:22 284