"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər - VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər - VİDEO2016-cı ildə yalnız "Çovdar" qızıl yatağının istismarı ilə fəaliyyətə başlayan "AzerGold" QSC ötən 10 il ərzində Azərbaycanın dağ-mədən sənayesinin aparıcı müəssisələrindən birinə çevrilib. Bu müddətdə Cəmiyyət fəaliyyət coğrafiyasını və istehsal potensialını ardıcıl şəkildə genişləndirərək iki mədən layihəsinin icrasını uğurla başa çatdırıb, hazırda isə 3 istismarda olan, yaxın perspektivdə istismarına hazırlıq işləri görülən 3 və tədqiqat-qiymətləndirmə mərhələsində olan 7 mədən layihəsi üzrə fəaliyyətini davam etdirir.

BiG.AZ xəbər verir ki, 10 illik fəaliyyət dövründə "AzerGold" QSC tərəfindən ümumilikdə 558 330 unsiya qızıl və 1 055 413 unsiya gümüş hasil edilərək iqtisadi dövriyyəyə cəlb olunub.

Eyni zamanda 590 288 unsiya qızıl və 1 087 052 unsiya gümüş yerli və beynəlxalq bazarlarda uğurla satılıb.

Qeyri-neft sektorunun əsas ixracatçılarından biri kimi mövqeyini möhkəmləndirən Cəmiyyət qiymətli metalların satışından son 10 ildə 2 milyard 178 milyon manat gəlir əldə edib.

Bu məbləğin 2 milyard 20 milyon manata yaxını ixrac əməliyyatları, 157 milyon manatdan çoxu isə daxili bazarda satış hesabına formalaşıb. Bu nəticələr "AzerGold" QSC-nin ölkənin ixrac potensialının artırılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm rolunu bir daha təsdiqləyir.

Səmərəli maliyyə nəticələri dövlət büdcəsinə də mühüm töhfə verib. Ötən 10 il ərzində əldə olunan gəlirlər hesabına dövlət büdcəsinə 255 milyon manat vergi, 40,3 milyon manat sosial ödəniş həyata keçirilib. Bununla yanaşı, "AzerGold" QSC nümunəvi vergi ödəyicisi kimi öz mövqeyini daha da möhkəmləndirib.

Əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin təmin edilməsi Cəmiyyətin əsas prioritetlərindən biri olaraq qalır.

Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər nəticəsində 10 il ərzində 8 milyon saatdan artıq xəsarətsiz iş göstəricisi qeydə alınıb ki, bu da beynəlxalq sənaye standartlarına uyğun təhlükəsizlik mədəniyyətinin formalaşdırıldığını göstərir.

Regionların sosial-iqtisadi inkişafına töhfə verən "AzerGold" QSC fəaliyyət göstərdiyi ərazilərdə minlərlə insan üçün məşğulluq yaradıb. Hazırda Cəmiyyət və onun törəmə şirkətləri - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-də 1171 nəfər, podratçı şirkətlərdə isə 1469 nəfər çalışır. Beləliklə, ümumilikdə 2640 nəfər birbaşa və dolayı yolla Azərbaycanın dağ-mədən sənayesinin inkişafına töhfə verir.

Son beş ildə "Made in Azerbaijan" brendi altında ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsinin təbliğinə xidmət edən 25 investisiya məhsulu hazırlanıb. Məhsul portfelinə 14 qızıl və 11 gümüş xatirə sikkəsi, həmçinin 1 qramdan 1000 qrama qədər qızıl, 250, 500 və 1000 qramlıq gümüş külçələr daxildir. Yüksək əyarlı qiymətli metallardan hazırlanan bu məhsullar həm milli dəyərlərin tanıdılmasına, həm də investisiya və hədiyyə seçimi kimi bazarın tələbatının ödənilməsinə xidmət edir.

Geoloji kəşfiyyat istiqamətində də "AzerGold" QSC region üçün yenilikçi yanaşmalar tətbiq edir.

Cəmiyyət Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv geoloji kəşfiyyat texnologiyalarından - aeroelektromaqnetik və hiperspektral tədqiqatlardan istifadə edir.

Müasir, innovativ və ekoloji baxımdan təhlükəsiz texnologiyalar geoloji axtarışların daha dəqiq aparılmasına, perspektivli filiz sahələrinin operativ müəyyənləşdirilməsinə və yüksək maliyyət tələb edən buruqqazma işlərinin həcminin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır. Sosial məsuliyyət fəaliyyətin ayrılmaz hissəsi olaraq son 10 ildə də prioritet istiqamətlərdən biri olub.

Fəaliyyət göstərilən regionlarda yerli icmaların rifahının yüksəldilməsi məqsədilə 100-dən çox sosial layihə həyata keçirilib. Bu təşəbbüslər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, təhsil, səhiyyə və digər mühüm sahələri əhatə edib.

Məhz həyata keçirilən uğurlu korporativ sosial məsuliyyət fəaliyyəti nəticəsində "AzerGold" QSC Azərbaycanda "Milli KSM Mükafatı"na layiq görülən ilk dövlət şirkəti olub.

10 il ərzində əldə olunan uğurlar "AzerGold" QSC-nin yalnız etibarlı istehsalçı və ixracatçı deyil, həm də innovativ yanaşmaları, yüksək təhlükəsizlik standartları, sosial məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyi ilə seçilən müasir dövlət şirkəti olduğunu nümayiş etdirir.

Qarşıdakı dövrdə də Cəmiyyət yeni mədən layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafına daha böyük töhfələrin verilməsi və ölkənin mineral ehtiyatlarının səmərəli idarə olunması istiqamətində fəaliyyətini davam etdirəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 148
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 204
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 0
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 413
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 288
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 225
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 205
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 221
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 105
.