Qarpız və yemiş alarkən bunlara diqqət edin - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qarpız və yemiş alarkən bunlara diqqət edin - QİDA EKSPERTİNDƏN AÇIQLAMAYay mövsümünün ən çox istehlak edilən meyvələri arasında qarpız və yemiş xüsusi yer tutur. İsti havalarda sərinlədici və qidalandırıcı xüsusiyyətlərinə görə bu məhsullara tələbat əhəmiyyətli dərəcədə artır. Lakin qarpız və yemiş seçərkən yalnız görünüşə və ya qiymətə diqqət yetirmək kifayət deyil.

Məhsulun təzəliyi, saxlanma şəraiti, bütövlüyü və qida təhlükəsizliyi baxımından bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. Bəs istehlakçılar qarpız və yemiş alarkən hansı məqamlara diqqət etməlidirlər ki, həm keyfiyyətli məhsul seçsinlər, həm də sağlamlıqlarını riskə atmasınlar?
Qarpız və yemiş alarkən bunlara diqqət edin - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, qarpız və yemişin satışına yayın əvvəlindən başlanılsa da, onların təbii yetişmə dövrü iqlim və yetişdirilmə şəraitindən asılı olaraq əsasən iyulun ikinci yarısından başlayır və avqust ayında daha geniş yayılır. Onun sözlərinə görə, bu dövrdə bazara çıxarılan məhsulların təbii yolla yetişmə ehtimalı daha yüksək olur: "Bununla belə, satışa erkən çıxarılan hər qarpız və ya yemişi təhlükəli hesab etmək də düzgün deyil. Hazırda istixanalarda və fərqli bölgələrdə yetişdirilən məhsullar da satışa təqdim oluna bilər. İstehlakçılar qarpız və yemiş alarkən ilk növbədə məhsulun xarici görünüşünə diqqət etməlidirlər. Qabığında dərin çatlar, əziklər, çürümə əlamətləri və ya kif olmamalıdır. Kəsilmiş halda açıq havada satılan qarpız və yemişlərin alınması isə tövsiyə edilmir. Çünki kəsildikdən sonra onların səthində bakteriyalar sürətlə çoxala bilər, xüsusilə də isti havalarda bu, qida zəhərlənməsi riskini artırır.

Məhsulu aldıqdan sonra evdə yaxşı yumaq da vacibdir. Bir çox insan qarpız və yemişin yalnız iç hissəsini yediyi üçün qabığını yumur hesab etmir. Halbuki bıçaq kəsərkən qabığın üzərindəki mikroorqanizmlər meyvənin içinə keçə bilər.

Eyni zamanda, qarpız və yemişdən həddindən artıq istifadə etmək də düzgün deyil. Xüsusilə şəkərli diabeti, böyrək xəstəlikləri və ya kalium məhdudiyyəti olan şəxslər bu məhsulları həkim və ya dietoloqun tövsiyəsinə uyğun miqdarda istehlak etməlidirlər.

Yəni əsas meyar təkcə təqvim deyil. Məhsulun harada və necə yetişdirilməsi, saxlanma şəraiti, gigiyenik qaydalara əməl olunması və düzgün seçim istehlakçı sağlamlığı baxımından daha böyük əhəmiyyət daşıyır.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 148
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 204
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 0
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 413
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 288
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 225
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 205
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 221
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 105
.