Kitab qiymətləri niyə bahadır? Çıxış yolu nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kitab oxumağın cəmiyyətin intellektual inkişafında mühüm rol oynadığı tez-tez vurğulansa da, Azərbaycanda kitabların qiyməti bu vərdişin geniş yayılmasına mane olan əsas amillərdən biri kimi göstərilir. Xüsusilə gənclər, tələbələr və mütaliəyə maraq göstərən insanlar istədikləri kitabları almaq üçün yüksək məbləğ ödəməli olurlar. Bu vəziyyət kitab bazarının inkişafı, oxucu sayının artırılması və mütaliənin təşviqi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Bəs kitabların daha əlçatan olması və qiymətlərinin aşağı salınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, kitab oxumağı təşviq etmək üçün ilk növbədə kitabların daha əlçatan olması vacibdir. Onun sözlərinə görə, bunun üçün kağız və nəşriyyat xərclərini azaltmağa yönəlmiş dövlət dəstəyi göstərilə, kitab istehsalı ilə bağlı bəzi vergi və rüsumlarda güzəştlər tətbiq oluna bilər: "Eyni zamanda yerli nəşriyyatların və müəlliflərin dəstəklənməsi kitabların maya dəyərinin azalmasına kömək edər.
Digər tərəfdən, kitabxanaların imkanları genişləndirilməli, elektron və audiokitab platformaları inkişaf etdirilməli, məktəblər və universitetlər vasitəsilə güzəştli kitab satışları təşkil olunmalıdır. Müxtəlif kitab yarmarkaları, endirim kampaniyaları və oxucular üçün xüsusi loyallıq proqramları da kitab almağı daha sərfəli edə bilər.
Kitab yalnız ticari məhsul deyil, həm də cəmiyyətin intellektual inkişafına xidmət edən bir vasitədir. Buna görə də kitabın əlçatanlığını artırmaq həm dövlətin, həm nəşriyyatların, həm də özəl sektorun birgə əməkdaşlığı ilə mümkün ola bilər. Kitabın alınması üçün mövzular da əsas şərtdir. Dünya bestsellerlərinin mövzularına diqqət edin. Artıq dünyada kitab yalnız ədəbi-mənəvi ehtiyacların ödənilməsini deyil, həm də biznes hədəflərinin virulmasına dəstək məzmununa malik olur. Bu kitaba marağın hərəkətverici qüvvəsi ola bilər. Yəni artıq dünyada kitab da ənənəvi missiyasını tərk etməkdə, daha geniş spktra malik olmaqdadır. Bu gün ənənəvi yazıçılıq cəmiyyətin tələbatını ödəmir, əsas məsələ budur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 627 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 148 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 204 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
19:30 0 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 413 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 288 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 225 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 205 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 221 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
18:50 105