"Hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV

"Hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV"Son günlər beynəlxalq mətbuatda NATO-nun Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığı, hətta bəzi hərbi analitik mərkəzlər tərəfindən belə bir müharibənin ilk gününün maliyyə xərclərinin hesablandığı barədə məlumatlar geniş müzakirə olunur. Bu cür xəbərlər cəmiyyətdə "NATO ilə Rusiya arasında müharibə başlaya bilərmi?" sualını yenidən aktuallaşdırıb.

Hesab edirəm ki, hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil. Çünki söhbət sadəcə iki hərbi blokun qarşıdurmasından getmir. Bu, nüvə silahına malik iki qlobal güc mərkəzinin toqquşması deməkdir və belə bir ssenarinin nəticələri bütün dünya üçün ağır ola bilər. Məhz buna görə də NATO-nun əsas strategiyası birbaşa hücum deyil, kollektiv müdafiə və çəkindirmə prinsipinə əsaslanır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Hazırkı geosiyasi mərhələdə NATO-nun Rusiyaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, bununla yanaşı, NATO ölkələrinin müdafiə xərclərini artırması, yeni hərbi planlar hazırlaması, Şərqi Avropada hərbi infrastrukturunu gücləndirməsi və müxtəlif ssenarilər üzrə hesablamalar aparması tamamilə normal hərbi planlaşdırma prosesidir. Müasir ordular yalnız müharibə başlayanda deyil, sülh dövründə də bütün mümkün riskləri əvvəlcədən qiymətləndirirlər. Ona görə də "müharibənin ilk gününün xərcləri" ilə bağlı hesablamalar aparılması avtomatik olaraq müharibə qərarının verilməsi anlamına gəlmir.

"Bu prosesdə Polşanın xüsusi fəallığı da diqqət çəkir. Varşava Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərini ən ciddi qiymətləndirən NATO üzvlərindən biridir. Son illərdə Polşa müdafiə büdcəsini rekord səviyyəyə yüksəldib, ordusunu sürətlə modernləşdirib, ABŞ və digər NATO müttəfiqləri ilə hərbi əməkdaşlığını genişləndirib. Polşa hesab edir ki, güclü ordu və yüksək hazırlıq səviyyəsi potensial təhlükələrin qarşısını alan ən mühüm çəkindirici amildir. Buna görə də onun sərt mövqeyi daha çox müdafiə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bununla belə, Polşanın fəallığı NATO daxilində Rusiyaya münasibətdə daha sərt təhlükəsizlik yanaşmasının güclənməsinə təsir edən amillərdən biri hesab olunur.

Hazırda həm NATO, həm də Rusiya qarşılıqlı çəkindirmə siyasəti yürüdür. Hər iki tərəf hərbi imkanlarını nümayiş etdirir, lakin eyni zamanda birbaşa silahlı toqquşmadan yayınmağa çalışır. Çünki belə bir müharibənin qalibi olmayacaq. Ən böyük risk isə planlaşdırılmış müharibədən daha çox, Baltik regionunda, Qara dənizdə və ya digər həssas istiqamətlərdə baş verə biləcək lokal hərbi insidentlərin nəzarətdən çıxmasıdır.

Düşünürəm ki, bugünkü beynəlxalq şəraitdə NATO ilə Rusiya arasında genişmiqyaslı müharibə heç bir tərəfin maraqlarına uyğun deyil. Lakin qarşılıqlı etimadsızlığın artması, silahlanma yarışının sürətlənməsi və regional gərginliklərin dərinləşməsi təhlükəsizlik risklərini artırır. Məhz buna görə də beynəlxalq münasibətlər sistemində əsas prioritet qarşıdurmanın genişlənməsi deyil, siyasi dialoqun, diplomatik təmasların və kollektiv təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi olmalıdır." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 148
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 204
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 0
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 413
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 288
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 225
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 205
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 221
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 105
.