Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı
Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir.
Oxu.Az xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb.
Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşması kimi əlamətlərlə müşayiət olunur.
Lakin qan təzyiqi tədricən yüksələrək uzun müddət yüksək səviyyədə qalarsa, orqanizm bu vəziyyətə uyğunlaşmağa başlayır. Belə hallarda insan heç bir simptom hiss etməyə və hipertoniyanın inkişafından xəbərsiz ola bilər.
Vinoqradova vurğulayıb ki, hipertoniya fəsadlarına görə olduqca təhlükəli xəstəlikdir.
Onun sözlərinə görə, yüksək qan təzyiqi ürəkdə struktur dəyişikliklərinə, qan damarlarının zədələnməsinə, böyrəklərin fəaliyyətinin pozulmasına, görmə problemlərinə və idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Müalicə olunmadıqda isə bu problem ürək və böyrək çatışmazlığı, infarkt, insult, görmə qabiliyyətinin itirilməsi, eləcə də demensiya riskini əhəmiyyətli dərəcədə artırır.
Problemi vaxtında aşkarlamaq üçün kardioloq ev şəraitində mütəmadi olaraq qan təzyiqinin ölçülməsini tövsiyə edir. Bunun üçün üç-yeddi gün ərzində səhər və axşam saatlarında ölçmə aparmaq, nəticələri isə xüsusi gündəlikdə qeyd etmək məsləhətdir.
Əgər tonometr 135/85 mm civə sütunu və ya daha yüksək göstərici qeydə alarsa, müayinə və müvafiq müalicənin təyin edilməsi üçün dərhal kardioloqa müraciət etmək lazımdır.
Hipertoniyanın profilaktikası məqsədilə Vinoqradova balanslı qidalanmağı, duzun, fastfudun, kolbasa məhsullarının və transyağ tərkibli qidaların istehlakını məhdudlaşdırmağı, müntəzəm fiziki aktivliklə məşğul olmağı, siqaret və spirtli içkilərdən imtina etməyi, həmçinin təşviş pozuntuları və yuxu apnoesini vaxtında müalicə etdirməyi tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?
Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf
02.10.2026 447 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 417 Bir çox xəstəliyinizin dərmanıdır
Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı
26.09.2026 358 "Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi
Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza
06.10.2026 484 Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27.09.2026 360 Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 433 Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26.09.2026 316 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 321 Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
04.10.2026 375