İldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək.
Layihəyə əsasən, yeni turizm məkanının ildə 32 milyon turist qəbul etməsi planlaşdırılır. Bu isə hazırda Sentosaya gələn orta illik turist sayından təxminən iki dəfə çoxdur.
Sənədə görə, Sentosadakı İmbia dağının zirvəsinə qədər piyada cığırı salınacaq. Zirvədə isə restoranlar, mağazalar və küləkdən qorunan tədbir meydançalarının yerləşəcəyi "Imbiah Canopy" adlı müşahidə platforması istifadəyə veriləcək.
Bundan əlavə, Sentosanı Pulau Brani ilə birləşdirəcək nəqliyyat qovşağının tikintisi, bir sıra yeni turizm obyektlərinin yaradılması və çimərliklərin yenidən qurulması nəzərdə tutulur. Yeni layihələrin bir hissəsinin 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunur ki, Sinqapur əsas adasının ərazisini dənizin doldurulması yolu ilə mərhələli şəkildə genişləndirir. Bunun üçün ölkə digər dövlətlərdən torpaq alır. Nəticədə Sinqapurun quru sahəsi 1960-cı illərdəki 581 kvadratkilometrdən 2025-ci ilin iyun ayına olan məlumata görə 736.3 kvadratkilometrə yüksəlib və artmaqda davam edir.
Layihədə bildirilir ki, yeni istirahət və əyləncə məkanlarının yaradılmasında məqsəd "Sentosa"nın qlobal şəhərdə yerləşən ada kurortu və istirahət mərkəzi kimi cəlbediciliyini daha da artırmaqdır.
Hazırda Sentosada kazino, "Universal Studios" tematik parkı və Siloso çimərliyi fəaliyyət göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 634 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu
Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs
14:19 168 "Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur"
"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam". "Qafqazinfo" xəbər veri
14:23 168 "Trump TV" fəaliyyətə başladı
ABŞ Prezidentinin Administrasiyası "Trump TV" adlanan xəbər kanalını işə salıb. "Qafqazinfo" "The Washington Sun" nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb. ABŞ liderinin mətbuat katib
11:30 168 Sabah hava necə olacaq?
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayi
13:10 167 Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?
"Yeni tədris ilinin ilk günlərində məktəblərin qarşısında diqqəti çəkən mənzərələrdən biri məktəbli formasıdır. Eyni məktəbin şagirdləri vahid geyimdə dərsə gəlir, məktəbin həyətində, küçədə və tədbirlərdə bir kollektivin üzvləri kimi görünürlər. İlk baxışda bu, sadəcə geyim məsələsi təsiri bağışlay
13:38 178 Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını
10:58 167 David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd
12:06 189 PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"
Göz sağlamlığı insan həyatında mühüm rol oynayır. Uzun müddət telefon və kompyuter ekranına baxmaq, düzgün qidalanmamaq, yuxu rejiminə əməl etməmək və mütəmadi göz müayinəsindən keçməmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bəs gözlərimizi qorumaq üçün nələrə diqqət etməliyik və hansı hallard
14:34 174 ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir. Bəs dəyişikliklər məktəblərd
13:10 201