Dişi yenidən çıxaran dərmanın sınağı başladı

Dişi yenidən çıxaran dərmanın sınağı başladıYaponiyalı alimlər itirilmiş dişlərin yerinə insan orqanizmində yeni təbii dişlərin yetişməsinə imkan verə biləcək preparat üzərində çalışırlar. Yeni texnologiya artıq insanlar üzərində klinik sınaqların ilk mərhələsini uğurla keçib. Əgər bu üsul gözlənilən nəticəni versə, gələcəkdə diş implantları və protezlərə ehtiyac əhəmiyyətli dərəcədə azala bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın əsasını USAG-1 adlı zülalın fəaliyyətinin zəiflədilməsi təşkil edir.

Alimlər hesab edirlər ki, bu zülal dişlərin inkişafını məhdudlaşdırır. Onun fəaliyyəti dayandırıldıqda isə orqanizmdə yeni dişlərin formalaşması mümkün ola bilər.

Heyvanlar üzərində uğurlu nəticələr əldə edilib
Bu istiqamətdə aparılan ilkin təcrübələr ümidverici nəticələr göstərib. Siçanlar üzərində aparılan sınaqlarda USAG-1 zülalının fəaliyyəti zəiflədildikdən sonra yeni dişlərin inkişaf etdiyi müşahidə olunub.

Layihənin əsası 2021-ci ildə dərc edilən elmi araşdırmaya söykənir. Həmin tədqiqat göstərmişdi ki, USAG-1 zülalına lokal təsir siçanlarda dişlərin sayını dəyişə bilir.

İnsanlar üzərində ilk sınaqlar başa çatıb
Sonrakı mərhələdə tədqiqat klinik sınaqlara keçirilib. TRG035 adlı preparatın insanlar üzərində ilk sınağında yaşı 30-65 arasında olan, ən azı bir azı dişi olmayan 30 sağlam kişi iştirak edib.

Sınaqların əsas məqsədi preparatın müxtəlif dozalarının təhlükəsizliyini qiymətləndirmək olub.

Tədqiqatın rəhbəri Katsu Takahaşi bildirib ki, yeni diş yetişdirmək ideyası uzun illərdir onun ən böyük arzusu olub.

"Yeni diş yetişdirmək hər bir stomatoloqun arzusudur. Mən aspiranturada oxuduğum dövrdən bu istiqamətdə çalışıram və həmişə inanmışam ki, bunu reallaşdırmaq mümkün olacaq", - alim bildirib.

İmplant və protezləri tam əvəz etməyəcək
Katsu Takahaşi vurğulayıb ki, yeni preparat mövcud müalicə üsullarını tam əvəz etmək üçün nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, məqsəd diş protezləri və implantlarla yanaşı, dişlərin bərpası üçün üçüncü alternativ müalicə üsulu yaratmaqdır.

Preparat əvvəlcə nadir xəstəlikdən əziyyət çəkənlərə tətbiq ediləcək
Preparatı hazırlayan Toregem BioPharma şirkəti onu ilk növbədə anadangəlmə bir neçə daimi dişin olmaması ilə xarakterizə olunan nadir xəstəliyin müalicəsində istifadə etməyi planlaşdırır.

Bu xəstəlik dünya əhalisinin təxminən 0,1 faizində müşahidə olunur.

Dişlərini kariyes, travma və ya yaşlanma səbəbindən itirən insanların müalicəsində preparatın istifadəsi isə daha sonrakı mərhələlərdə nəzərdən keçiriləcək.

Hələlik yekun nəticə yoxdur
Alimlər optimist olsalar da, preparatın insanlarda tam formalaşmış, düzgün yerləşən və normal funksiyanı yerinə yetirən diş yetişdirəcəyini təsdiqləyən qəti elmi sübut hələ mövcud deyil.

Hazırda Yaponiyada klinik sınaqların ikinci mərhələsinə hazırlıq gedir. Şirkət bu məqsədlə əlavə maliyyə dəstəyi əldə edib.

Tədqiqatçılar texnologiyanın 2030-cu ilə qədər praktik tibbdə tətbiq olunacağına ümid etsələr də, bunun hələlik yalnız hədəf olduğunu və yekun uğurun növbəti sınaqların nəticələrindən asılı olacağını bildirirlər.

Alimlər qocalmanı ölçən yeni üsul da hazırlayıblar
Bu arada, Harvard Universitetinin alimləri insan genomunda "genetik saat" adlandırdıqları yeni mexanizm aşkar ediblər. Onlar bioloji yaşı DNT-dəki dəyişikliklərə deyil, genlərin aktivliyinə əsasən müəyyən edən yeni metod hazırlayıblar.

Tədqiqatçılar hesab edirlər ki, bu üsul gələcəkdə müxtəlif xəstəliklərin riskini və insanın qocalma sürətini daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.