Yaşıl iqtisadiyyatın inkişafında ABDF-in rolu və yaşıl investisiyalar

Yaşıl iqtisadiyyatın inkişafında ABDF-in rolu və yaşıl investisiyalarAzərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekoloji dayanıqlılığın gücləndirilməsinə müxtəlif maliyyə mexanizmləri vasitəsilə töhfə verir. Fond sahibkarların yaşıl biznes modellərinə keçidini təşviq edir və bu məqsədlə bərpa olunan enerji, resurslardan səmərəli istifadə və tullantıların müasir üsullarla idarə olunması kimi sahələrdə layihələri dəstəkləyir.

Bu yanaşma nəticəsində alternativ enerji istehsalının genişlənməsi, karbon emissiyalarının azaldılması və innovativ texnologiyaların iqtisadi fəaliyyətə inteqrasiyası sürətlənir. Fondun investisiya və güzəştli kredit mexanizmləri hesabına həyata keçirilən belə təşəbbüslər ölkədə yaşıl iqtisadi transformasiyanın daha dayanıqlı əsaslar üzərində inkişafına xidmət edir.

"Ecostar Green" layihəsi

Tullantıların emalı və alternativ enerji istehsalına yönəlmiş "Ecostar" MMC layihəsi ABDF-in dəstəklədiyi innovativ yaşıl təşəbbüslər sırasındadır. Layihə ABDF-in "SOCAR Downstream" və İtaliyanın "Technip Energies" şirkətləri ilə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

Layihə çərçivəsində tətbiq olunan "Alterra" piroliz texnologiyası vasitəsilə illik 36 min ton plastik tullantının emalından 23,5 min ton piroliz yağı istehsalı gücünə malik müəssisənin qurulması nəzərdə tutulur. Bu proses vasitəsilə plastik tullantılar piroliz yağına çevrilərək alternativ enerji mənbəyi kimi istifadə olunur.

Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları

ABDF Türkiyənin "Demirören Yatırım Holding A.Ş." şirkəti ilə əməkdaşlıq edərək Kəlbəcər və Laçın rayonlarında kiçik su elektrik stansiyalarının bərpasına yönəlmiş layihəni həyata keçirir. Dövlət-özəl tərəfdaşlığı modeli əsasında icra olunan təşəbbüs regionda mövcud hidroenerji resurslarının enerji istehsalına çevrilməsini hədəfləyir.

Layihənin başlanğıc mərhələsində "Malıbəy" su elektrik stansiyasının yenidən fəaliyyətə başlaması ilə minlərlə ev təsərrüfatının elektrik enerjisi ilə təminatı nəzərdə tutulur. Beləliklə, çayların hidroenerji potensialının elektrik enerjisinə çevrilməsi hesabına həm təmiz enerji istehsalı artır, həm də ənənəvi yanacaq mənbələrindən asılılıq azaldılaraq karbon emissiyalarının aşağı salınmasına real töhfə verilir.

Stansiyalar üzrə ümumi quraşdırılmış güc 12.9 MVt təşkil edir və layihənin icrası nəticəsində işğaldan azad edilmiş bu ərazilərdə 60 nəfər üçün məşğulluq imkanının yaradılması planlaşdırılır.

"Şəfəq" Günəş Elektrik Stansiyası

Günəş enerjisi potensialının reallaşdırılmasına yönəlmiş "Şəfəq" layihəsi ABDF-in iştirak etdiyi əsas təşəbbüslərdən biridir. Bu layihə ABDF, SOCAR Green və bp arasında tərəfdaşlıq əsasında həyata keçirilir.

Layihə çərçivəsində Səngəçal terminalı kimi iri sənaye obyektlərinin enerji tələbatının bərpa olunan mənbələr hesabına qarşılanması təmin ediləcək və bu, fosil yanacaqlardan asılılığın azaldılmasına real şərait yaradacaq.Sahənin quraşdırılmış ümumi gücü 240 MVt təşkil edəcək. Nəticə etibarilə, günəş enerjisindən geniş istifadə karbon emissiyalarının aşağı salınmasına və enerji sisteminin daha dayanıqlı əsaslara keçidinə töhfə verir.

"BYD" layihəsi

Ölkədə ekoloji cəhətdən dayanıqlı nəqliyyat sisteminin inkişafı və ictimai nəqliyyatın yerli istehsal hesabına formalaşdırılması məqsədilə həyata keçirilən "BYD" layihəsi ABDF-in dəstəklədiyi strateji sənaye təşəbbüslərindən biridir. Layihə elektrik nəqliyyatı və batareya istehsalı sahəsində qlobal liderlərdən biri olan BYD Company Ltd. ilə əməkdaşlıq çərçivəsində icra olunur.

Layihə çərçivəsində Azərbaycanda elektrik avtobuslarının yığımı və istehsalını həyata keçirəcək müəssisənin yaradılması nəzərdə tutulur. Mərhələli şəkildə fəaliyyətə başlayacaq zavodun illik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək. Strategiyaya uyğun olaraq, 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-nin lokallaşdırılması hədəflənir ki, bu da ölkədə sənaye kooperasiyasının genişlənməsinə, yerli istehsal imkanlarının inkişafına və texnologiya transferinin gücləndirilməsinə töhfə verəcək.

ABDF ölkədə yaşıl iqtisadiyyatın inkişafını yalnız iri investisiya layihələri ilə deyil, eyni zamanda sahibkarların yaşıl təşəbbüslərinin dəstəklənməsi vasitəsilə də təşviq edir. Fond tərəfindən təqdim olunan güzəştli kredit mexanizmi enerji səmərəliliyi, tullantıların emalı və ekoloji cəhətdən dayanıqlı istehsal sahələrində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırır. Bu yanaşma xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl texnologiyalara keçidini sürətləndirərək onların rəqabət qabiliyyətinin artırılmasına və fəaliyyətlərinin daha dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır. Belə ki, indiyədək Fond tərəfindən sahibkarlara məxsus 36 yaşıl layihə üzrə ümumilikdə 34 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu layihələr arasında günəş panellərinin quraşdırılması, elektrik nəqliyyat vasitələri üçün şarj stansiyalarının yaradılması, eləcə də plastik, metal, akkumulyator, şüşə və digər tullantıların təkrar emalı kimi istiqamətlər üstünlük təşkil edir. Məsələn, Fondun güzəştli kreditlərindən yararlanmış "İntellekt" MMC tərəfindən reallaşdırılan layihə çərçivəsində elektrik nəqliyyat vasitələri üçün şarj stansiyalarının quraşdırılması həyata keçirilir. Bu təşəbbüs ölkədə elektromobillər üçün zəruri infrastrukturun formalaşdırılmasına və onların istifadəsinin genişlənməsinə xidmət edir.

Bununla yanaşı, müəssisələrin istehsal prosesində yaranan tullantıların yenidən emala cəlb olunması və alternativ enerji mənbələrinin tətbiqi vasitəsilə resurslardan daha səmərəli istifadə təmin edilir. Belə təşəbbüslərə nümunə olaraq isə "Azerbaijan Refinery Company" QSC-nin biodizel istehsalı layihəsini göstərmək olar. Fondun güzəştli kreditlə təmin etdiyi bu layihə çərçivəsində istifadə olunmuş avtomobil təkərləri xüsusi texnoloji proseslər vasitəsilə təkrar emal olunaraq ikinci dərəcəli xammala çevrilir. Bu proses nəticəsində təkərlərdən kömür (karbon qalıqları), biodizel və metal qırıntıları əldə edilir.

ABDF tərəfindən dəstəklənən bu kimi layihələr ölkədə yaşıl enerji ekosisteminin formalaşmasına, innovativ texnologiyaların tətbiqinə və ekoloji davamlılığın gücləndirilməsinə yönəlib. Bu yanaşma uzunmüddətli perspektivdə iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin olunmasına xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.