Süni düyü ilə bağlı narahatlıq: Keyfiyyətli düyünü necə seçmək olar?

Süni düyü ilə bağlı narahatlıq: Keyfiyyətli düyünü necə seçmək olar?Son vaxtlar sosial şəbəkələrdə və müxtəlif platformalarda süni və ya keyfiyyətsiz düyü ilə bağlı yayılan görüntülər istehlakçılar arasında narahatlıq yaradıb. Bu görüntülər insanların gündəlik istifadə etdikləri ərzaqların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı sualları artırıb.

Bəs satışda olan düyünün keyfiyyətli olub-olmadığını necə müəyyən etmək olar? Alış-veriş zamanı hansı əlamətlərə diqqət yetirmək lazımdır və istehlakçılar məhsul seçərkən nələri nəzərə almalıdır? Bu suallar hazırda ən çox müzakirə olunan mövzulardan biridir.
Süni düyü ilə bağlı narahatlıq: Keyfiyyətli düyünü necə seçmək olar?Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə tez-tez süni düyü ilə bağlı videolara mən də rast gəlirəm. Onun sözlərinə görə, elə görüntülər paylaşılır ki, düyü sanki rezin kimi tullanır, sıxılıb top olur və ya odda qəribə şəkildə əriyir: "Bu da bir çoxumuzda təbii olaraq şübhə yaradır. Amma burada bir məqam var ki, bu cür görüntülərin çoxu düzgün izah edilmir. Düyü tamamilə təbii bir məhsuldur. Onun tərkibində əsasən nişasta, yəni amiloza və amilopektin var. Bişmiş düyü sıxıldıqda bir az yapışqan və elastik hiss verməsi normaldır. Xüsusilə yapışqan düyü növlərində bu daha çox görünür. Hətta bəzi Asiya ölkələrində ondan moçi kimi elastik şirniyyatlar da hazırlanır.

Eyni şəkildə, düyü odda yandırılanda da təbii olaraq kömürləşir, tüstü çıxarır. Bu onun üzvi maddə olmasından irəli gəlir. Bəzən qoxunun qəribə, hətta plastikə bənzər hiss olunması da yanma zamanı yaranan kimyəvi dəyişikliklərlə bağlıdır.

Əslində plastik düyü kimi iddialar iqtisadi və texniki baxımdan məntiqli görünmür. Belə bir məhsulu istehsal edib düyü kimi satmaq realda çox daha baha başa gələrdi. Heç bir kommersiya məqsədi buna uyğun deyil.

Amma qida sahəsində başqa risklər var. Məsələn, çox köhnə və ya düzgün saxlanılmamış düyülərin keyfiyyətini gizlətmək üçün bəzi hallarda ağardıcı maddələrdən istifadə edilməsi, ya səthinə parlaqlıq verən qatqılar vurulması kimi problemlər dünya bazarında rast gəlinir. Bu da şayiələrin yaranmasına səbəb ola bilir.

Düyü alarkən diqqətli olmalıyıq. Açıq satılan, mənşəyi bilinməyən məhsullar yerinə qablaşdırılmış, üzərində istehsalçı və partiya məlumatı olan düyülərə üstünlük vermək daha doğrudur. Çox ucuz qiymətə satılan məhsullar da bəzən keyfiyyət və saxlanma baxımından riskli ola bilər.

Digər vacib məqam isə gigiyena və saxlanma şərtləridir. Düyü təbii olaraq bəzi bakteriyaların sporlarını daşıya bilər. Əgər bişmiş düyü otaq temperaturunda uzun müddət qalarsa, bu bakteriyalar aktivləşib qida zəhərlənməsinə səbəb ola bilər. Ona görə bişmiş düyünü çox saxlamamaq və düzgün soyudub saxlamaq vacibdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.