Venesuelada zəlzələ iki milyona yaxın insanı əlacsız qoydu

Venesuelada zəlzələ iki milyona yaxın insanı əlacsız qoyduVenesuelada 7.2 və 7.5 bal gücündə ardıcıl zəlzələlərdən sonra təqribən 680 min uşaq da daxil olmaqla, ümumilikdə 1.8 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi bəyanatında bildirilir.

"İyunun 24-də Venesuelanı vuran dağıdıcı yeraltı təkanlardan sonra dəstəyə ehtiyacı olan 1.8 milyon nəfərin təqribən 680 minini azyaşlılar təşkil edir", - deyə sənəddə qeyd olunub.

* Venesueladakı zəlzələlərdə qeyri-adi məqam: Alimlər şoka düşdülər

Təşkilatın Bolivar Respublikasındakı nümayəndəsi Manuel Rodriges Pumarolun sözlərinə görə, ölkədəki tibb müəssisələri maksimum gərginliklə fəaliyyət göstərir, minlərlə azyaşlının təmiz içməli suya çıxışı yoxdur və bir çox təhsil ocaqlarına ciddi ziyan dəyib. Vurğulanır ki, paytaxt Karakasda 432 məktəb binası zədələnib və bu, bölgədəki bütün təhsil müəssisələrinin üçdəbirindən çoxu deməkdir. Eyni zamanda, salamat qalmış məktəblər evsiz qalmış ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə olunur.

Xatırladaq ki, iyunun 24-də Venesuelada iki ardıcıl güclü yeraltı təkan qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, ilk zəlzələnin maqnitudası 7.2, ikincinin isə 7.5 olub. Bunun ardınca daha 512 afterşok baş verib. Venesuela hökumətinin təqdim etdiyi son rəqəmlərə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1 450 nəfərə çatıb, xəstəxanalarda isə müxtəlif xəsarətlər almış 3.2 mindən çox insan müalicə alır. Çox sayda yaşayış binası uçub, infrastruktura və klinikalara zərər dəyib, dövlətin əsas hava limanının fəaliyyəti dayandırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.