FRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilir

FRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilirXəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrini anomal istilər cənginə alıb. Fransada mindən çox insan qızmar istilərin qurbanı olub. Avropada özünü lider adlandıran Fransa bu fəlakətin qarşısında aciz qalıb. Ölkənin onlarla infrastruktura zərər dəyib, yollar əriyib, göllər buxarlanıb...

Fransada anomal istilər nəticəsində minə yaxın insanın həyatını itirməsi bir daha onu göstərir ki, iqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün ən ciddi problemlərindən biridir. Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri, Avropa İttifaqının aparıcı dövlətlərindən sayılan Fransa belə ekstremal hava şəraitinin ağır nəticələrinin qarşısını tam ala bilmir.

Güclü səhiyyə sistemi, inkişaf etmiş infrastruktur və yüksək həyat səviyyəsinə malik bir ölkədə istilərdən bu qədər insanın ölməsi ciddi suallar doğurur. Lakin məsələ təkcə iqtisadi imkanlarda deyil. Əsas problem şəhərlərin rekord temperatur dalğalarına uyğun planlaşdırılmaması, əhalinin, xüsusilə yaşlı və xroniki xəstələrin qorunması üçün görülən tədbirlərin kifayət qədər effektiv olmamasıdır.

Fransa nümunəsi onu da göstərir ki, inkişaf etmiş ölkə statusu təbii fəlakətlər qarşısında avtomatik təhlükəsizlik demək deyil. İqlim böhranı ölkələrin iqtisadi gücünü deyil, onların riskləri əvvəlcədən qiymətləndirmək və əhalini qorumaq bacarığını sınağa çəkir.

Fransa və Avropa əhalisi öz sosial şəbəkələrində, media qurumlarında davamlı paylaşımlar edərək mövcud vəziyyəti təbii fəlakət kimi qiymətləndirirlər, coğrafi relyefdən çıxış edərək əllərindən gələn dəstəyi əsirgəmirlər.

Lakin təəssüf doğuran məsələ ondan ibarətdir ki, Azərbaycanda hərhansı bir təbii fəlakət yaşananda, yağış, daşqın olduqda ilk hədəf dövlət və onun qurumları olur.

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, Fransada heç kimin ağlına gəlmir ki, bu hadisəyə görə dövləti, dövlətin məmurlarını, yaxud Parisin merini ittiham etsinlər:

"İctimai şüur həmişə ictimai mənafedən çıxış etməyi bacarmalıdır. Bütün cəmiyyətlərin üst qurumlarının mənafeyini müdafiə edən dövlətdir. Çox təəəsüf ki, bəzi hallarda bizim ictimai davranışlarımız bu mövqedən yayınır. Bu da müxtəlif təsirlər, informasiya-manipuliyasiya vasitəsilə edilir. Beləliklə, dırnaqarası ictimai tribunalar sosial şəbəkələrdə bizim rəyimizi, mənafelərimizi istismar etməyə başlayırlar. Hər hansısa fövqaladə hal, təbiət hadisəsi baş verəndə bunu da dövlətin səhvi kimi qiymətləndirib, hədəfə öz dövlətlərini qoyurlar. Bu, çox təhlükəli tendensiyadır, vətəndaşı öz dövləti ilə üz-üzə qoymaqdır.

Bu yaxınlarda bir neçə dəfə təbii fəlakətlə üzləşdik, aramsız yağışlar yağdı, bir neçə fəsadlar yarandı. Bunu təbiət hadisəsi kimi qiymətləndirmək lazım olduğu halda, günahkar axtarmağa çalışdılar, dövlət müəssisələrini, məmurları, bəzən dövlətin lap özünü hədəf aldılar. Amma bənzər təbiət hadisəsi Avropa ölkəsi olan Fransada yaşanır, anomal istilər səbəbindən minə yaxın insan həyatını itirir. Lakin Fransada heç kimin ağlına gəlmir ki, bu hadisəyə görə dövləti, dövlətin məmurlarını, yaxud Parisin merini ittiham etsinlər".

Milli Məclisin deputatı, ictimai-siyasi xadim Arzuxan Əlizadə Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bir qrup adam təbiət hadisələrində, təbii fəlakətlədə dövləti, dövlətin qurumlarını günahlandırırlar:

"Hazırda Fransa və Avropanın digər ölkələrində anomal istilər hökm sürür. Bu səbəbdən yüzlərlə insanın həyatını itirməsi ilə bağlı faktlar var. Həmçinin təbiət hadisəsi ilə əlaqədar bir sıra kataklizmlər də baş verir. Lakin Avropa əhalisi bunları təbii fəlakətin nəticəsi hesab edərək, adekvat münasibət bildirirlər.

Təəssüflər olsun ki, Azərbaycanda bir qrup adam təbiət hadisələrində, təbii fəlakətlədə dövləti, dövlətin qurumlarını günahlandırırlar.

Təbii ki, ayrı-ayrı dövlət qurumları hadisələrə görə önləyici tədbirlər görməlidirlər. Əvvəlcədən proqnozlaşdırılan və proqnozlaşdırılmayan təbiət hadisələrinə qarşı tədbir görmək müvafiq dövlət qurumlarının vəzifəsidir. Lakin elə fəlakətli hadisələr var ki, onların qarşısını almaq bir qədər mümkün deyil.

Bu hallarda baş verən hadisələrdən yaranan fəsadların qarşısını almaq istiqamətində işlər görülməli, sosial şəbəkələrdə, cəmiyyətdə dövlətə dəstək göstərilməlidir. Təəssüflər olsun ki, bəzi kateqoriyadan olanlar kənardan bu cür hadisələrə baxıb, həzz alırmışcasına davranır, dövləti günahlandırırlar. Onlar ən azından üz tutduqları Avropa ölkələrinin nümunəsindən, oradakı mövcud duruma cəmiyyətin adekvat reaksiyasından dərs götürüb, mövqe sərgiləsələr doğru olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 605   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.