KİV: Tramp Alyaskada Putinlə əldə olunan razılaşmalardan imtina edə bilər
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində ötən il baş tutmuş ikitərəfli görüş zamanı əldə etdiyi bəzi razılaşmalardan imtina edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının öz mənbələrinə istinadən dərc olunan materialında qeyd olunur.
Qeyd olunub ki, Tramp bu barədə Fransada keçirilmiş "Böyük yeddilik" (G7) sammitində xarici liderlərə bildirib.
"Sammitdə iştirak edən iki məmur bildirib ki, Tramp Putinlə bağlı məyusluğunu ifadə edib və hətta Ankoric razılaşmalarından imtina edə biləcəyinə işarə edib", - deyə məqalədə bildirilir.
Nəşrin mənbəsinin sözlərinə görə, Trampın skeptik yanaşmasına baxmayaraq, digər G7 liderləri onun bu istiqamətdə həqiqətən hansısa addım atacağına inanmırlar.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və ABŞ prezidentləri Ankoricdə Ukraynada nizamlanma ilə bağlı yekun razılaşmalar əldə etməyiblər.
2025-ci il avqustun 15-də Ankoric yaxınlığındakı hərbi bazada Rusiya və ABŞ liderlərinin görüşü keçirilib. Danışıqların yekunlarına dair mətbuat üçün bəyanatında Putin Ukraynadakı münaqişənin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib. O, ABŞ ilə ikitərəfli münasibətlərdə yeni səhifə açmağa və əməkdaşlığa qayıtmağa çağırıb, həmçinin Trampı Moskvaya dəvət edib. Öz növbəsində Ağ Evin sahibi danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib, lakin tərəflərin bütün məsələlər üzrə razılığa gələ bilmədiyini qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 522 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 214 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 270 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
30.09.2026 216 Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 214 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 268 Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı
Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib
30.09.2026 300 Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
30.09.2026 435 Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…
ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla
30.09.2026 325 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30.09.2026 250