Azərbaycan Ordusu: Uzaqgörən siyasətdən tarixi Zəfərə

Azərbaycan Ordusu: Uzaqgörən siyasətdən tarixi Zəfərə"Müstəqillik əldə etdikdən sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesi özünəməxsus inkişaf yolu keçərək ölkənin dövlətçilik tarixində mühüm mərhələyə çevrilib. Bu prosesin təməli hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə qoyulmuşdu. Azərbaycan hələ SSRİ-nin tərkibində olduğu vaxt onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadrların hazırlanması istiqamətində atılan ən mühüm addımlardan biri idi. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almasına şərait yaradılması gələcək peşəkar zabit korpusunun formalaşması üçün strateji zəmin yaratdı".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, lakin 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmədə yaranmış böhran və ordu daxilində pərakəndəlik bu potensialın tam reallaşmasına mane oldu. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində olduğu kimi, ordu quruculuğunda da əsaslı islahatlara başlanıldı, vahid komandanlıq sistemi yaradıldı, nizam-intizam bərpa olundu və xalq-ordu birliyi möhkəmləndirildi. Həmin dövrdə həyata keçirilən Horadiz əməliyyatı və işğal altındakı bir sıra yaşayış məntəqələrinin azad olunması Azərbaycan Ordusunun döyüş ruhunun yüksəlməsinə və gələcək qələbələrə inamın formalaşmasına mühüm təsir göstərdi:

"Ulu Öndərin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnologiyalarla təminatı genişləndirildi, şəxsi heyətin peşəkarlığı artırıldı. Bu inkişafın nəticələri əvvəlcə Aprel döyüşlərində, daha sonra Günnüt əməliyyatında və Tovuz döyüşlərində özünü göstərdi. Həmin uğurlar 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əsasını təşkil etdi.

Vətən müharibəsində qazanılan qələbə və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə nəticələndi. Bununla yanaşı, ölkənin hərbi qüdrəti, siyasi iradəsi və diplomatik imkanları beynəlxalq müstəvidə də öz təsdiqini tapdı. Azərbaycan uzun illər beynəlxalq təşkilatlar tərəfindən həlli mümkünsüz hesab edilən Qarabağ münaqişəsini öz gücü və siyasi iradəsi hesabına həll edərək regionda yeni geosiyasi reallıq formalaşdırdı.

Əldə olunan uğurlar yalnız hərbi amillərlə izah olunmur. Güclü iqtisadi inkişaf, müdafiə sənayesinin müasirləşdirilməsi, hərbi texnologiyalara yatırılan investisiyalar və peşəkar kadr hazırlığı Azərbaycan Ordusunun bugünkü səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Müasir döyüş üsullarının, xüsusilə pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli silahların effektiv tətbiqi Azərbaycan Ordusunun müasir müharibə təcrübəsində diqqət çəkən nümunələrdən biri kimi qiymətləndirilir.

Bu gün Azərbaycan vətəndaşı üçün ordu yalnız dövlətin təhlükəsizliyini təmin edən hərbi institut deyil, həm də milli həmrəyliyin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun əsas simvollarından biridir. Heydər Əliyevin əsasını qoyduğu xalq-ordu birliyi siyasəti bu gün də davam etdirilir. Azərbaycan öz təhlükəsizliyini təmin edən, regionda sabitliyə töhfə verən güclü dövlət kimi çıxış edir. Azərbaycan Ordusu isə dövlətin qüdrətinin, milli birliyinin və müstəqilliyinin ən mühüm dayaqlarından biri olaraq ölkə tarixində xüsusi yer tutur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

12:36 0
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

10:19 118
.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin  xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind

10:54 155
.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 111
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 151
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 99
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 121
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

12:01 58
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 272
.