Müzəffər Azərbaycan Ordusu: Müstəqilliyin və suverenliyin əsas qarantı

Müzəffər Azərbaycan Ordusu: Müstəqilliyin və suverenliyin əsas qarantıQalib Azərbaycan Ordusu bu gün özünün 108 yaşını qeyd edir. O ordu ki, 44 gün ərzində 30 illik işğala son qoydu, bir gündə əzəli torpaqlarımızda separatizmin, terrorun mənbəyini qurutdu. 108 illik şanlı yol özünün enişli-yoxuşlu axarı ilə seçilir. Lakin bu gün heç bir qüvvənin dəyişdirə bilməyəcəyi bir həqiqət var. Müstəqil, güclü Azərbaycan dövlətinin təhlükəsizliyi, suverenliyi, sərhədlərinin toxunulmazlığının əsas qarantı məhz qalib statusunu daşıyan müzəffər Silahlı Qüvvələrimizdir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Müstəqil siyasi kursun ən böyük dayaqlarından biri

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kursun ən böyük dayaqlarından biri də ordumuzdur. Müzəffər Ali Baş Komandanın ərazi bütövlüyümüzün bərpası ilə bağlı qarşıya qoyduğu vəzifəni geri addım atmadan sonuna qədər şərəflə, peşəkarcasına və böyük vətənpərvərlik ruhu ilə yerinə yetirən Azərbaycan Silahlı Qüvvələridir. Məhz bu reallıqdan çıxış edərək bu gün Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsi, peşəkarlığının artırılması və maddi-texniki bazasının gücləndirilməsi dövlətimizin başlıca prioritetlərindəndir.

Bu missiyanı ən vacib məqamlardan birinə çevirən şərtlər həm də bölgəmizdə, sərhədlərimizə yaxın coğrafiyada yaşanan gərginliklər, artan münaqişələr və hərbi toqquşmalardır. Geosiyasi kataklizmlər fonunda Azərbaycana qarşı meydana çıxa biləcək çağırışlar və təhdidlərin qarşısını almaq, bu niyyətdə olanların planlarını pozmaq üçün ən təsirli vasitə məhz güclü, peşəkar və müasir maddi-texniki bazaya malik Silahlı Qüvvələrin mövcudluğudur.

Artan hərbi büdcə

Bunun məntiqi nəticəsi olaraq dövlət büdcəsindən ordumuzun inkişafı və təminatına ayrılan xərclər hər il artırılır. Hərbi büdcə tək müdafiə qabiliyyəti və maddi texniki bazanın inkişafı demək deyil. Buraya Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığın ən yüksək səviyyədə təşkili və digər çox mühüm istiqamətlər də daxildir. Həyata keçirilən islahatlar hazırda Azərbaycan Ordusunun bütün bölmələrinin vahid orqanizm kimi peşəkar fəaliyyətini şərtləndirir.

Cənubi Qafqazın ən güclüsü

44 günlük Vətən müharibəsində əldə edilən təcrübə, çoxsaylı beynəlxalq təlimlər, strateji müttəfiqlərimizlə aparılan qarşılıqlı təcrübə mübadiləsi Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevirib. 2026-cı il üzrə hərbi gücün "Global Firepower" reytinqinin məlumatlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında 60-cı yerdə qərarlaşıb.

Reytinq çərçivəsində 145 ölkənin hərbi güc indeksinin hesablanması üçün 60-dan çox amil qiymətləndirilir. Bu amillərə ölkənin maliyyə vəziyyəti, coğrafi mövqeyi, logistika imkanları və digər göstəricilər daxildir. Burada Azərbaycan Ordusunun döyüş təcrübəsinin hələ də dünyanın aparıcı hərbi universitetlərində ciddi şəkildə araşdırıldığı amilini də xüsusi vurğulamaq yerinə düşər.

Hərbi-texniki əməkdaşlığın genişlənən coğrafiyası

Silahlı Qüvvələrin inkişafında maddi-texniki baza amili böyük önəm kəsb etməkdədir. Son illərdə ölkə rəhbərliyinin elan etdiyi prioritetlərə uyğun olaraq bu sahədə də ciddi addımlar atılır. Azərbaycanın hərbi-texniki əməkdaşlıq vektorları hazırda özünün çoxistiqamətliliyi ilə seçilir. Böyük Britaniya, İtaliya, ABŞ ilə yanaşı, Çinlə də bu istiqamətdə uğurlu əməkdaşlıq modeli qurulub. Türkiyə, Pakistan, İsrail və digər strateji müttəfiqlərlə hərbi-texniki əməkdaşlıq platforması daha da dərinləşdirilib. Bu gün Azərbaycan Ordusunun inventarında sözügedən ölkələrin 5-ci nəsil müharibə doktrinasına uyğun istehsal edilən ən müasir silah texnologiyaları yer alır. Hava Hücumundan Müdafiə sistemləri, pilotsuz uçuş aparatları və zərbə dronları, artilleriya sistemləri, raket sistemləri və sair sahib olduqlarımızın çox kiçik bir qismidir.

Yerli müdafiə sənayesi inkişaf edir

Təbii ki, bu istiqamətdə yerli müdafiə məhsullarının da rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan peşəkar ordu quruculuğu prosesində Silahlı Qüvvələrin yerli təyinatlı məhsullarla təmini səviyyəsinin artırılmasını da prioritet elan edib. Yerli müdafiə sənayesi də müasir innovativ texnologiyalar əsasında müasir dövrün hərbi çağırışlarına cavab verəcək səviyyədə qurulub. Bu proses artıq davamlı mahiyyət daşımaqdadır. Yerli istehsal gücünün artırılması Azərbaycan Ordusunun manevr imkanlarını genişləndirir və lazımi anda təchizat kanalları ilə ən yüksək səviyyədə təmininə şərait yaradır.

Beləliklə, 108 illik inkişaf yolunda Azərbaycan Ordusu özünün ən çətin missiyasını - ərazilərimizin işğaldan azad olunması və suverenliyimizin bərpası vəzifəsini uğurla yerinə yetirərək qalib xalqın qalib ordusu statusunu əldə etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Silahlı Qüvvələrinə, onun Ali Baş Komandanına olan inam və etimadının, sevgisinin nə dərəcədə güclü olduğunu göstərdi. Yuxarıda qeyd etdiyimiz məqamlar dövlətimiz kimi, ordumuzun da daim güclənməsini, inkişaf etməsini tələb edir.

Bu gün Azərbaycan Ordusu müasir maddi-texniki bazaya, peşəkar zabit heyətinə, yüksək və vətənpərvər döyüş ruhuna, zəngin hərbi təcrübəyə malikdir. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyəti, Türkiyə ilə strateji hərbi əməkdaşlığın inkişafı və beynəlxalq tərəfdaşlıqlar Silahlı Qüvvələrimizin daha da güclənməsinə xidmət edir. Güclü ordu Azərbaycanın müstəqilliyinin etibarlı təminatçısıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 113   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dələduzlar hansı məlumatları ələ keçirməyə çalışır?

"Vətəndaşlar heç bir halda bank kartının məxfi məlumatlarını üçüncü şəxslərlə paylaşmamalıdırlar. Buraya kartın nömrəsi, son istifadə tarixi, CVV/CVC kodu, eləcə də bank tərəfindən göndərilən birdəfəlik SMS və ya təsdiq kodları daxildir. Unutmayın ki, özünü bank əməkdaşı, polis, dövlət qurumu v

25.06.2026 204
.

İsrail və Livan ABŞ rəsmisinin IDF-in Livanın cənubundan geri çəkildiyi iddiasını təkzib edib

İsrail ordusunun (IDF) Livanın cənubunda təhlükəsizlik zonasının bir hissəsindən çıxması ilə bağlı xəbərlər təkzib edilib. "Reuters"in xəbərinə görə, İsrail və Livan rəsmiləri bu xəbərin doğru olmadığını bildiriblər. Qeyd edək ki, bundan əvvəl anonim ABŞ rəsmisi "Reuters"ə verdiy

25.06.2026 177
.

İsrail Qəzzada "İslam Cihadı" komandirini zərərsizləşdirdi

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının cənubunda Fələstinin "İslam Cihadı" hərəkatının komandirini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri Xan Yunis (Qəzza zolağının cənubundakı şəhər - red.) yaxınlığında "İsla

25.06.2026 211
.

Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır

İranın "Hizbullah", husilər və HAMAS da daxil olmaqla dövlətə bağlı olmayan silahlı qruplara verdiyi dəstək İranla imzalanması nəzərdə tutulan memorandum çərçivəsində müzakirə edilməlidir. APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə jurnalistlərə açıqlamasında deyib. Rubi

25.06.2026 209
.

Latviyada rus dili ilə bağlı SƏRT QADAĞA

Latviyada rus dilinin ictimai və mədəniyyət sahələrində tətbiq dairəsinin tamamilə məhdudlaşdırılması istiqamətində növbəti kəskin addım atılıb. Ölkənin mədəniyyət naziri dövlətə məxsus mədəniyyət müəssisələrində rus dilindən istifadəni rəsmən qadağan edən xüsusi sərəncam imzalayıb. Bizim.Media xəbə

25.06.2026 245
.

Boş qalan minlərlə mənzil fonunda evlər niyə bahalaşır?

"Daşınmaz əmlak bazarında qiymət artımının arxasında bir neçə əsas iqtisadi və sosial amil dayanır. İlk növbədə, bazarda tələb və təklif arasında balansın pozulması qiymətlərin yüksəlməsinə səbəb olur. Son illərdə mənzil, torpaq və qeyri-yaşayış obyektlərinə maraq artsa da, satışa çıxarılan əmlakları

25.06.2026 255
.

Azərbaycan-Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb. APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının mövcud gündəliy

25.06.2026 222
.

Ermənistanla türk ölkəsi arasında saziş imzalanacaq

Ermənistan və Özbəkistan avtomobil nəqliyyatı ilə bağlı müqavilə imzalayacaq. xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib. Qeyd olunub ki, hazırda iki ölkə arasında yük daşımaları sahəsi tənzimlənmir, bu da onun müntəzəm olaraq həyata keçirilməsinə mane olur. Onları

25.06.2026 228
.

Rubio: Fars körfəzi ölkələri Hörmüzdən keçidə görə rüsum tətbiqini dəstəkləmir

Fars körfəzi ölkələri gəmilərin Hörmüz boğazından keçməsinə görə hər hansı bir rüsum və ya yığımların tətbiq edilməsini dəstəkləmir. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manamada Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlə

25.06.2026 205
.

TOP MP3