Bakıda vətəndaş narıncı "iPhone" aldı, indi rəngi dəyişir - Video
Bakıda müştərinin aldığı "iPhone 17 Pro" markalı telefon ona problem yaradıb.
Bu barədə "Qafqazinfo"ya S.Məmmədova adlı vətəndaş müraciət edib.
Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb. Vətəndaş bildirib ki, "iPhone"un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb: "Cari ilin dekabr ayında "Baku Electonics"in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir..."
S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib: "Onlara bunu bildirdikdə dedilər ki, "Apple"ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?"
Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır.
İddialarla əlaqədar "Baku Electonics"lə əlaqə saxlasaq da, rəsmi cavab ala bilmədik.
Məlumat üçün bildirək ki, "iPhone 17 Pro"nun "cosmic orange" rəngində çəhrayılaşma iddiaları bir müddət əvvəl dünya mediasında da gündəm olmuşdu. Məlumatlara görə, bəzi cihazlarda narıncı rəng zaman keçdikcə çəhrayı və ya rose-gold çalarına doğru dəyişir. Başqa bir istifadəçi isə cəmi dördgünlük "iPhone 17 pro" cihazında kamera hissəsinin gün işığında çərçivədən daha tünd göründüyünü bildirib. Mütəxəssislər mümkün səbəblər arasında peroksid tərkibli təmizləyici vasitələrin istifadəsini və ya uzunmüddətli ultrabənövşəyi (UV) şüalara məruz qalmanı göstərirlər.
Maraqlıdır ki, "iPhone 17 pro" seriyasının digər daha solğun rəng variantlarında bu problem müşahidə olunmayıb. "Apple" hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
Bununla belə, bəzi istifadəçilər "Apple Support" tərəfindən cihazlarının yoxlanıldıqdan sonra yenisi ilə əvəz edildiyini bildiriblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 0 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 118 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 155 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 111 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 151 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Ölkənin inkişaf tarixində yeni səhifə
"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara
11:55 121 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 272