RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?

RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?Rusiyanın hələ 12 il əvvəl ilhaq etdiyi Krım yarımadası getdikcə rusların qürur mənbəyindən ağır və həllolunmaz problemlər mənbəyinə çevrilir. Rusiya 2014-cü ildə Ukraynaya qarşı işğalı başlatdığı Krımı bu gün müdafiə etməkdə faktiki olaraq aciz qalıb…

"AzPolitika" xəbər verir ki, "The Economist" Krımda yaranan durumla bağlı yazısında Rusiyanın qarşılaşdığı ağır problemlərlə yanaşı, yerli əhalinin baş verənlərə reaksiyasına da yer verib.

Yazıda qeyd olunur ki, Kreml Ukraynanın yarımadanın hərbi və nəqliyyat infrastrukturuna müntəzəm zərbələri fonunda Krımda dinc həyat görüntüsünü saxlamaqda getdikcə daha çox çətinlik çəkir. Dron hücumları təchizat zəncirlərini pozur, elektrik kəsintilərinə və yanacaq böhranına səbəb olur, yerli sakinlər arasında isə həssaslıq, narazılıq və müharibədən yorğunluq artır.

Yazının müəllifləri qeyd edirlər ki, Krımın böyük bir hissəsi artıq müharibə zonasına çevrilib. İstisna yalnız dağların əhatəsində olan və əhəmiyyətli hərbi obyektlərin olmadığı Yalta şəhəridir. Digər ərazilərdə isə hərbi hissələr, dəmir yolu qovşaqları, enerji obyektləri, körpülər və digər infrastruktur müntəzəm olaraq hədəfə alınır.
RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?Məsələn, 20 iyundan başlayaraq, Ukrayna dronları elektrik yarımstansiyalarına və xətlərinə ciddi zərər vurub, Kerçdəki neft terminalına hücum edib, yük daşıyan bərələri hədəf alıb. Bir sıra hücumlardan sonra yarımadanın təchizatında vacib rol oynayan bərə xidməti tamamilə dayandırılıb. Bu, Donetsk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərindən keçən quru yolundan getdikcə daha çox asılı olan yarımadanın logistikasına ciddi zərbə vurub. Lakin həmin yolun özü də olduqca təhlükəlidir və faktiki olaraq Ukrayna PUA-larının atəş nəzarəti altındadır.

İyunun 21-dən başlayaraq işğal olunmuş Krımın Rusiya tərəfindən təyin olunan rəhbərliyi yanacaqdoldurma məntəqələrində əhali üçün yanacaq satışının dayandırıldığını rəsmən elan edib. Məhdudiyyət bütün şəhərlərə, o cümlədən yarımadadakı ən böyük şəhər olan Sevastopola da aiddir.
RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?Ekspertlərin də qeyd etdiyi kimi, Krım Rusiya üçün təkcə hərbi baza deyil, həm də 2014-cü il ilhaqından bəri Rusiyanın gücünün simvolu kimi xüsusi əhəmiyyət kəsb edib. Məhz buna görə də hazırkı Ukrayna zərbələri təkcə hərbi deyil, həm də siyasi təsirə malikdir. Buna baxmayaraq, Rusiya hakimiyyəti və dövlət mediası son hücumları və yaranan fəlakətli vəziyyəti ictimaiyyət qarşısında müzakirə etməkdən yayınır.

Bu arada, "The Econimist" yazır ki, yerli sakinlər getdikcə daha çox Rusiyanın yarımadanın təhlükəsizliyini təmin etmək qabiliyyətinə inamını itirir. Krım tatarlarından biri jurnalistlərə 14 yaşlı oğlunun davamlı hücumlara reaksiyası barədə danışıb.

O, oğlanın Krımı tərk etmək istədiyini, lakin ailənin yarımadadan getmək planının olmadığını bildirib: "Bura bizim yeganə vətənimizdir".

Nəşrin qeyd etdiyi kimi, əhalinin bir hissəsi ilhaqdan sonra iqtisadi inkişafa ümid bağlasa da, indi əhval-ruhiyyə dəyişib.

"İnsanlar artıq gələcək üçün heç bir perspektiv görmürlər", - Sevastopol sakini Nikolay Çestyakov nəşrə bildirib. Onun sözlərinə görə, varlı krımlılar Rusiyanın digər bölgələrində əmlak almağa və ailələrini ora köçürməyə çalışırlar.

Nəşr qeyd edir ki, əhali arasında yorğunluq və normal həyat arzusu hökm sürür.

"Bizə heç bir möhtəşəm ambisiyalar lazım deyil, heç kimin nəyisə yaxşılaşdırmağa çalışmasına ehtiyac yoxdur. Biz sadəcə səhər günəşin doğmasını, yayda turistlərin gəlməsini istəyirik. Biz hər şeydən çox bezmişik", - Feodosiyadakı tur bələdçilərindən biri nəşrə bildirib.

Əlavə edək ki, Ukraynanın PUA və raket hücumları doğrudan da Krımda yaşayışı az qala mümkünsüz vəziyyətə gətirib. Türizm mövsümü artıq fiaskoya uğrayıb, məlum səbəblərdən yarımadaya turist axını minimuma enib.
RUSİYANIN GÜC SİMVOLUNA ZƏRBƏ - Putin fəlakətli vəziyyəti niyə gizlətməyə çalışır?Üstəlik, Ukrayna təkcə Krıma giriş-çıxışları deyil, yarımadanın öz ərazisindəki infrastrukturu, yolları, körpüləri də vurur. Son olaraq ötən gün Şimali Krım kanalı üzərindəki körpünün dağıdılması bu marşrutdan fəal şəkildə istifadə edən Rusiya qoşunlarının maddi-texniki təminatını əhəmiyyətli dərəcədə çətinləşdirib. Ekspertlər vurğulayır ki, yaxın zamanda hərbi təchizat və yanacaq-sürtkü materiallarının tədarükünün daha da azalması və yarımadanın daha da təcrid edilməsi gözlənilir.

Yalnız Krım körpüsü hələlik Rusiya üçün həyati əhəmiyyətli logistika yolu olaraq qalır. Lakin bu körpü də ötürücülük qabiliyyətinin yarısından istifadə edə bilir və ağır yüklər üçün qapalıdır. Üstəlik, yarımada və ətraf ərazilərə hər hücumda körpü saatlarla bağlı saxlanılır. Nəhayət, Ukrayna tərəfinin bildirdiyi kimi, yaxın zamanda körpünün özü də davamlı prioritet hədəfə çevrilə bilər.

Bir sözlə, uzun illərdir "Krım naş" deyib qürrələnən ruslar artıq nə bu yarımadaya səfər etməyə, orada dincəlməyə, nə də onu qorumağa əvvəlki kimi həvəsli deyillər. Qarşıda isə Krımı daha ağır günlər gözləyir…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 543   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

10:15 145
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 237
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 222
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

12:01 112
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

30.09.2026 220
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 164
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 169
.