Təhsildə islahatlar niyə gözlənilən nəticəni vermir?
"Bu il keçirilən sertifikasiya imtahanları təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müəllimlərin bir qismi hesab edir ki, imtahanlarda yer alan bəzi metodiki və nəzəri yanaşmalar məktəb reallıqları ilə tam uzlaşmır. Onların fikrincə, müxtəlif xarici pedaqoji modellərin və nəzəriyyələrin qiymətləndirmə prosesində geniş yer tutması müəllimlərin praktiki fəaliyyətindən daha çox nəzəri biliklərinin yoxlanılmasına səbəb olur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eskperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, hər bir ölkənin təhsil sistemi öz sosial, mədəni və iqtisadi reallıqları nəzərə alınmaqla inkişaf etdirilməlidir. Müəllimlərin illər ərzində qazandıqları təcrübə, fərdi yanaşmaları və yaradıcı metodları tədris prosesinin mühüm tərkib hissəsidir. Bu baxımdan, qiymətləndirmə mexanizmlərinin də məktəb mühitinin real ehtiyaclarına uyğunlaşdırılması vacib hesab olunur:
"Son illər təhsil sistemində həyata keçirilən kadr siyasəti də müzakirə olunan mövzulardan biridir. Müəyyən hallarda işdən azad edilən təhsil işçilərinin məhkəmə qərarı ilə vəzifələrinə bərpa olunması hüquqi prosedurların əhəmiyyətini bir daha gündəmə gətirib. Bu hallar göstərir ki, əmək münasibətləri sahəsində qəbul edilən qərarların qanunvericiliyin tələblərinə tam uyğun olması xüsusi əhəmiyyət daşıyır.
Təhsil sahəsində diqqət çəkən digər problemlərdən biri məktəblərdə bullinq hallarının artması ilə bağlı narahatlıqlardır. Mütəxəssislər bildirirlər ki, şagirdlərin fiziki və psixoloji təzyiqlərə məruz qalması təkcə fərdi problem deyil, bütövlükdə məktəb mühitinə təsir göstərən ciddi sosial məsələdir. Bu səbəbdən məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, profilaktik tədbirlərin artırılması və valideyn-məktəb əməkdaşlığının genişləndirilməsi vacib hesab edilir.
Təhsildə real inkişaf yalnız texniki yeniliklər və inzibati qərarlarla deyil, müəllimin nüfuzunun qorunması, yaradıcılıq imkanlarının genişləndirilməsi və sağlam məktəb mühitinin formalaşdırılması ilə mümkündür. Təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri də məhz bu balansı təmin etməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 532 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 222 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
12:19 110 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 124 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 171 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 129 Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 109 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 144 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 212