Ailə dəstəyi yoxdursa, risk artır - vacib açıqlama
"Siqaret, alkoqol və narkotik maddələrin ilk sınağı adətən yeniyetmələr arasında, həmyaşıd mühitində baş verir. Uşaqların bu cür maddələri sınamasına bir sıra sosial və psixoloji amillər təsir göstərir: özünü təsdiq etmək istəyi, yaşıd qrupuna uyğunlaşma, valideynlərin sərt qadağalarına etiraz, maraq və yeni təcrübələrə canatma, eləcə də dostların təsiri altında "sınaq" motivasiyası".
Bunu BiG.AZ-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov bildirib.
O, qeyd edib ki, bəzi hallarda isə riskli davranışlar çarəsizlik və ümidsizlik fonunda da ortaya çıxa bilər. Psixoloji travma, fiziki və ya emosional zorakılıq, yoxsulluq və sosial müdafiəsizlik kimi faktorlar bu riski artıran əsas səbəblər sırasında göstərilir:
"Narkotik maddələr və yeniyetmələr mövzusu həm məktəb psixoloqları, həm də valideynlər üçün çətin mövzulardan biridir. Çünki bir çox yeniyetmələr psixoaktiv maddələrin təhlükəsini tam dərk etmir və onları "zərərsiz təcrübə", "arıqlama üsulu" və ya "mühitə uyğunlaşma vasitəsi" kimi yanlış şəkildə qəbul edə bilirlər. Bu mərhələdən keçən bütün uşaqların asılılığa düşməməsi isə fərdi risk faktorlarından asılıdır.
Mütəxəssislər asılılığın inkişafını mərhələli proses kimi izah edirlər. İlk mərhələ adətən riskli təcrübə və maraq xarakteri daşıyır və bu zaman hələ fiziki asılılıq formalaşmır. Lakin təkrar istifadə baş verdikdə, orqanizmdə dəyişikliklər başlayır, həzz hissi zəifləyir və daha yüksək dozaya ehtiyac yaranır. Bu isə psixoloji və daha sonra fizioloji asılılığın formalaşmasına gətirib çıxarır.
Son mərhələdə isə yeniyetmənin davranışlarında ciddi dəyişikliklər müşahidə olunur. Narkotik maddə əsas maraq obyektinə çevrilir, sosial əlaqələr zəifləyir və gündəlik həyat yalnız maddənin istifadəsi ətrafında formalaşır.
Uşaqların narkotik maddələrə başlamasının əsas səbəbləri sırasında ailədə emosional dəstəyin olmaması, yaşıd mühitində zorakılıq və təzyiq, valideynlərlə ünsiyyətdə çatışmazlıqlar və həddindən artıq nəzarət, eləcə də "böyüklük" hissini sübut etmək istəyi göstərilir. Bəzi hallarda isə xarici görünüş və sosial təzyiq, xüsusilə də arıqlama məqsədilə zərərli maddələrə müraciət halları müşahidə olunur.
Risk qrupuna yalnız sosial çətinliklər yaşayan uşaqlar deyil, həm də ailəsində asılılıq halları olan yeniyetmələr daxildir. Tütün, alkoqol və ya qumar asılılığı olan ailələrdə böyüyən uşaqlar da daha yüksək risk altında hesab olunur.
Narkomaniyanın qarşısının alınması müalicədən daha asandır. Bu səbəbdən valideynlər erkən yaşlardan uşaqlarla bu mövzuda açıq və düzgün ünsiyyət qurmalı, maddələrin sağlamlığa və həyata vurduğu zərərləri izah etməlidirlər. Eyni zamanda, uşağın səhv etdikdə cəzalandırılmayacağı, əksinə dəstək görəcəyi barədə güvən mühiti formalaşdırılmalıdır.
Ailə daxilində sağlam münasibətlər, ortaq fəaliyyətlər və uşağın özünü dəyərli hiss etməsi onun riskli davranışlardan uzaq qalmasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, ailəyə bağlılıq və emosional dəstək nə qədər güclü olarsa, narkotik maddələrə meyl də bir o qədər azalır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 222 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
12:19 110 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 124 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 171 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 129 Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 109 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 144 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 212