Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır

Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırırTürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində prezidentlər arasında keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əməkdaşlığının strateji xarakter aldığını və yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir.

Azərbaycan və Türkmənistan ortaq tarixi, mədəni, etnik və dil bağlarına malik dövlətlərdir. Müstəqillik illərində tərəflər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə dəstək və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. Son illərdə yüksəksəviyyəli siyasi dialoqun intensivləşməsi, dövlət başçılarının qarşılıqlı səfərləri və iqtisadi əlaqələrin genişlənməsi bu münasibətləri daha da möhkəmləndirib. Səfərin əsas siyasi nəticələrindən biri prezidentlərin imzaladığı Birgə Bəyanat oldu. Bu sənəd tərəflərin siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində ortaq iradəsini nümayiş etdirir. Birgə Bəyanat, eyni zamanda, Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini təsdiqləyən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər.

Səfərin ən yaddaqalan hadisələrindən biri Azərbaycan tərəfindən Türkmənistana "Dostlug" neftdaşıyan tankerinin hədiyyə olunması oldu. Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş bu tanker iki ölkə arasında dostluğun və qardaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycanın sənaye potensialını və müasir gəmiqayırma imkanlarını nümayiş etdirir. Uzunluğu 141 metr, dedveyti 7875 ton olan tankerin inşası ölkəmizin yüksək texnoloji istehsal sahələrində əldə etdiyi nailiyyətlərin göstəricisidir. Bu addım həm də Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyinin gücləndiyini və yerli istehsal imkanlarının beynəlxalq əməkdaşlıq layihələrində uğurla tətbiq olunduğunu göstərir.

Energetika sahəsində imzalanmış saziş də xüsusi diqqət çəkir. Azərbaycan və Türkmənistan dünyanın mühüm enerji istehsalçılarından hesab olunur və hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir. Son illərdə tərəflər arasında enerji sahəsində əməkdaşlıq yeni məzmun qazanıb. Xəzər dənizində yerləşən "Dostluq" yatağı ilə bağlı əldə olunmuş razılaşmalar bunun ən parlaq nümunələrindəndir. Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi həm ölkələrin iqtisadi maraqlarına xidmət edir, həm də regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Sənaye, kənd təsərrüfatı, gömrük işi, səhiyyə, sosial müdafiə, idman, qida təhlükəsizliyi və maliyyə sahələrini əhatə edən çoxsaylı sənədlərin imzalanması əməkdaşlığın artıq yalnız enerji sektoru ilə məhdudlaşmadığını göstərir. Xüsusilə 2026-2028-ci illər üzrə sənaye əməkdaşlığı proqramı gələcəkdə birgə istehsal layihələrinin həyata keçirilməsi, texnologiya mübadiləsi və investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçıları sırasında yer alır. Hər iki ölkənin Xəzər dənizi üzərində yerləşməsi onların tranzit imkanlarını artırır və beynəlxalq yükdaşımalarda strateji rolunu gücləndirir. Bakı

Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlığın inkişafı Orta Dəhliz boyunca yük dövriyyəsinin artmasına və Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir.
Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi də səfərin mühüm nəticələrindən biridir. Gənclər və idman, səhiyyə, əmək və sosial müdafiə sahələrində imzalanmış memorandumlar iki ölkə arasında insan kapitalının inkişafına, təcrübə mübadiləsinə və sosial siyasət sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu, münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar əsaslar üzərində inkişaf etdiyini göstərir.

Türkmənistan Prezidentinin Azərbaycana səfəri həm də regionda yeni geoiqtisadi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı, enerji təhlükəsizliyinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi bir dövrdə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır. İki ölkə arasında mövcud olan yüksək siyasi etimad və qarşılıqlı dəstək gələcəkdə daha böyük iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Bütövlükdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlər, əldə olunmuş razılaşmalar və nümayiş etdirilən siyasi iradə göstərir ki, Azərbaycan və Türkmənistan qarşıdakı illərdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək və regional inkişaf proseslərində birgə iştirak etmək əzmindədirlər. Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin gələcək perspektivlərinin olduqca geniş və ümidverici olduğunu bir daha təsdiqlədi.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.