To Lam və Məsrur Bərzani İlham Əliyevi təbrik etdilər
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin rəhbərliyinizlə ölkənin inkişafı, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi ilə bağlı əldə etdiyi uğurları diqqətlə izləyir və bu nailiyyətlərə sevinir.
Məmnunluqla qeyd edirəm ki, ötən dövr ərzində ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, strateji tərəfdaşlıq durmadan möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu təmələ əsaslanan münasibətlər gələcəkdə də inkişaf edəcək, iki ölkənin tərəqqisinə, xalqlarımızın rifahına, bütün dünyada sülhə və inkişafa töhfə verəcək.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan Respublikasına davamlı tərəqqi, xalqınıza firavanlıq arzulayıram. Yaxın vaxtlarda Sizin Vyetnama səfər edəcəyinizi gözləyirəm".
Bundan başqa, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.
İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 120 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Britaniyadan sonra Almaniyanında baş naziri istefa verə bilər
AFD partiyası Böyük Britaniyanın Baş naziri Keir Starmer ətrafında yaranan siyasi proseslərə münasibət bildirərək Almaniya hökumətini də hədəf alıb. Partiya yaydığı açıqlamada Starmerin reytinqlərinin aşağı düşməsindən sonra istefa qərarı verməsini siyasi məsuliyyət nümunəsi kimi qiymətləndirib. BİG.A
16:25 121 Bakıda binanın zirzəmisində çürümüş kişi meyiti tapıldı
Bakıda çürümüş meyit tapılıb. xəbər verir ki, hadisə Nəsimi rayonuCavadxan küçəsi ev 29-un zirzəmisində qeydə alınıb. Orada çürüməyə məruz qalmış 55-60 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır
16:30 136 Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyəti barədə razılığa gəlib
Azərbaycan və Türkmənistan birgə səylər nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətini daha da əlaqələndirmək barədə razılığa gəlib. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliye
16:47 112 "Şou hesabatlarının kölgəsində çökən təhsil və kadr siyasətinin iflası" - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
"Hər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyin
12:12 163 Əli Xameneinin anım mərasimləri İranla yanaşı İraqda da təşkil ediləcək
İranın ali lideri Əli Xameneinin vəfatından sonra keçiriləcək anım və vida tədbirlərinin coğrafiyası genişləndirilir. Məlumata görə, mərasimlər yalnız İran şəhərlərində deyil, İraqın dini mərkəzləri hesab olunan Kərbəla və Nəcəfdə də baş tutacaq. BİG.AZ Bild-ə istinadən xəbər verir ki, dəfn mərasimini
16:59 100 COVID-19-un mənşəyi: ABŞ-da məxfiliyi açıqlanan vacib sənədlər
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Uhanda təhlükəli eksperimentlərin maliyyələşdirilməsini və laboratoriya sızması versiyasını təsdiqləyən arxivləri açıqlayıb. ABŞ Milli Kəşfiyyatı Vaşinqtonun Uhan Virusologiya İnstitutu ilə əlaqələrini, təhlükəli tibbi tədqiqatların Amerika tərəfindən maliyyələşdirilməsin
15:00 148 Gələcəyin müəllimi olacaqdı, üçüncü kurs tələbəsi öldü
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi vəfat edib. xəbər verir ki, bununla bağlı universitet məlumat yayıb. Bildirilib ki, universitetin II kurs tələbəsi Aysun Məmmədova xroniki böyrək çatışmazlığından dünyasını dəyişib
11:45 261 MİDA evləri üçün aylıq ödəniş nə qədərdir?
"MİDA mənzillərinin əldə olunması üçün vətəndaşlar güzəştli ipoteka kreditindən yararlana bilirlər. Bu zaman ilkin ödəniş minimum 10 faiz təşkil edir, kreditin illik faiz dərəcəsi isə 4 faizdən başlayır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qey
11:33 227 Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı - Həbsdən təcili xəstəxanaya aparıldı
Rusiyanın ən tanınmış və mübahisəli biznesmenlərindən biri, "Antikvar" ləqəbi ilə tanınan İlya Traberin saxlanıldıqdan sonra səhhətinin pisləşdiyi bildirilir. xəbər verir ki, Rusiya teleqram kanallarının məlumatına görə, o, gecə saatlarında saxlanıldığı kameradan təcili şəkildə Moskvadakı Federa
14:00 146