1 qəpiklik yumurta müzakirə yaradır: Keyfiyyətlə bağlı iddialar artır
Son günlər bazarda yumurtanın qiymətinin kəskin şəkildə enərək bəzi satış nöqtələrində 1 qəpiyə qədər düşməsi geniş ictimai müzakirələrə səbəb olub. Qiymət enişi ilə paralel olaraq sosial şəbəkələrdə yayılan müxtəlif videolar və iddialar da diqqət çəkir. Paylaşımlarda bəzi yumurtaların içindən qurd çıxması, sarısının qeyri-adi şəkildə bərkiməsi və təbii məhsula bənzəməməsi kimi görüntülər mübahisələri daha da artırıb.
Bir qrup vətəndaş bu yumurtaların keyfiyyətinin aşağı olduğunu və hətta xaricdən, xüsusilə Çin mənşəli "süni yumurtalar" ola biləcəyini iddia etsə də, bu fikirlər hələlik rəsmi şəkildə təsdiqlənməyib. Mövzu həm qiymət dəyişiklikləri, həm də məhsul təhlükəsizliyi baxımından geniş müzakirələr doğurmaqda davam edir.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, son günlər yumurta qiymətlərinin kəskin düşməsi mövzusu gündəmi zəbt edib. Bir tərəfdən istehlakçılar sevinir, bir tərəfdən də yumurtanın təhlükəsizliyi və təbiiliyi ilə bağlı müxtəlif versiyalar yayılır. Onun sözlərinə görə, tək yumurtada deyil, bütün qida məhsullarında qida təhlükəsizliyi və sağlamlığımız baxımından diqqətli olmaqda fayda var: "Əlbəttə ki, qiymətin enməsinin bir neçə real səbəbi ola bilər. Bunlara istehsalın artması, bazarda təklifin çoxalması, yay mövsümündə tələbatın nisbətən azalması, marketlərin kampaniyalarını göstərə bilərik. Yalnız qiymətə baxıb birbaşa ucuzdursa, keyfiyyətsizdir demək də doğru olmaz. Bir istehlakçı olaraq bizim üçün vacib məqam qiymətdən çox, məhsulun keyfiyyəti olmalıdır.
Yumurta canlı bioloji məhsuldur. Vaxt keçdikcə, düzgün olmayan temperaturda saxlanıldıqda keyfiyyəti dəyişir. Təzə yumurtanın sarısı möhkəm və mərkəzdə, ağı isə qatı və şəffaf olur. Köhnələndikcə ağı durulaşır, sarısı ətrafa yayılır, qırıldıqda daha sulu görünür.
Yumurta alarkən qabığında çat, ləkə, qeyri-adi rəng olub-olmadığına diqqət etməliyik. Həmçinin istehsal və son istehlak tarixləri də diqqət edəcəyim məqamlardandır. Bəzən qırdıqdan sonra kəskin pis qoxu gəlir. Bu da xarab olmanın əlaməti ola bilər. Həm yumurtanı suyun içinə atıb yoxlaya bilərik. Təzəsi dibə batır, köhnəsi üzür.
Qida təhlükəsizliyi baxımından ən böyük risklərdən biri salmonella bakteriyasıdır. Ona görə də yumurtanı bilinən markadan almaq, soyuducuda saxlamaq, yaxşı bişirib yemək vacibdir. Xam və yarımbişmiş yumurta riskli ola bilər.
Bir istehlakçı olaraq əksəriyyətimiz alış-verişdə ilk növbədə qiymətə baxırıq. Halbuki qiymətlə yanaşı mənşəyə, saxlanma şəraitinə və görünüşünə də fikir vermək lazımdır.
Sosial şəbəkələrdə Çindən gətirilən süni yumurta barədə şayiələr də dolaşır. Amma rəsmi qurumlar bu iddiaları təkzib edir. Deyə bilərəm ki, hal-hazırda Azərbaycanda daxili istehsal tələbatı tam ödəyir. Çindən yumurta idxalı barədə məlumatım yoxdur. Amma fikir versəniz belə şayiələr adətən qiymət kəskin düşəndə yayılır. Söhbət qidadan və sağlamlığımızdan gedirsə, istehlakçıların narahat olması boşuna deyil. Hər zaman olduğu kimi panikaya qapılmadan ağıllı seçim etməliyik".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930