"Şou hesabatlarının kölgəsində çökən təhsil və kadr siyasətinin iflası" - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
"Hər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı mənzərəsidir. Təhsilin idarəçiliyində işin mahiyyətinə, milli təhsilimizin genofonduna xidmət etmək əvəzinə, medianın gündəmini keçici görüntülərlə, piar kampaniyaları ilə zəbt etmək meyilləri rəsmi qurumların gerçək böhrandan necə qaçdığını nümayiş etdirir. Lakin bu bəzəkli kadrlar, sosial şəbəkələrdə parıldayan videolar məktəb divarları arasında yaşanan dərin yaraları, mənəvi aşınmaları və idarəetmə rəzalətini ört-basdır edə bilmir". Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bilidirib.
Onun sözlərinə görə, nazirliyin ümumi kadr siyasəti isə bu tədris ilində bütöv bir iflasın carçısına çevrildi: "Cəmiyyətə "tanınmış təhsil eksperti" kimi təqdim olunan, rəsmi rəğbət qazanan bir şəxsə nazirlik tərəfindən yüksək vəzifə etibar edilməsi, çox keçmədən isə həmin şəxsin böyük cinayət əməllərində, saxtakarlıqda və ən dəhşətlisi, Dövlət İmtahan Mərkəzinin imtahanlarına qanunsuz müdaxilədə ittiham olunaraq rüsvayçılıqla uzaqlaşdırılması ETN-in kadr seçimi mexanizminin necə kor, bərbad və şəffaflıqdan uzaq olduğunu ortaya qoydu. Dövlətin təhsilini, gələcək nəsillərin taleyini bu cür saxtakarlara etibar edən bir sistemin hansı ədalətdən, hansı keyfiyyətdən danışmağa mənəvi haqqı qala bilər? Kadr korluğu təkcə idarəetmənin yuxarı pillələrində deyil, bütün zəncirdə özünü büruzə verir və bu gedişat təhsildəki inamı kökündən sarsıdır. Təhsilimiz bu gün rəsmi hesabat rəqəmlərində nə qədər parıldayırsa parıldasın, reallıqda milli dəyərlərə söykənən, dürüst, daxili insan amilinə qiymət verən və elmi saxtakarlıqlara son qoyan köklü bir bərpa prosesinə və real kadr islahatına möhtacdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 525 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914