"The Guardian": Starmerin komandası hakimiyyəti təhvil verməyə hazırlaşır
Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasi komandası parlamentin İcmalar Palatasının (aşağı palata) deputatı Endi Bernemin tərəfdarlarına işləri təhvil verməyə başlayıb. Bu, ölkədə hakimiyyətin ötürülməsinə hazırlıq getdiyini göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Lankaster hersoqluğunun kansleri (xüsusi tapşırıqlar üzrə nazir) Darren Cons artıq Bernemin komandasının əsas üzvlərindən olan Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Luiza Heyqlə görüş keçirib. Nəşr əlavə edib ki, iyunun 20-də Starmer və onun yaxın ətrafı baş nazirin istefası barədə elan edəcəyi çıxışın ilkin variantı üzərində işləməyə başlayıb. Eyni zamanda, qəzet qeyd edib ki, hökumət başçısı İcmalar Palatasına əlavə seçkilərdə qələbəsindən sonra Bernemlə hələ əlaqə saxlamayıb, halbuki açıq şəkildə onunla danışmaq istədiyini bəyan etmişdi.
Starmerin mümkün istefası ilə bağlı söhbətlər onun partiyadaşı, Böyük Mançester qraflığının meri vəzifəsini tutan Bernemin iyunun 18-də keçirilən İcmalar Palatasına əlavə seçkidə qələbəsindən sonra aktivləşib. Bu qələbə Bernemə hakim Leyboristlər Partiyasının sol qanadının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxumaq imkanı verib.
Xatırladaq ki, Leyboristlərin lideri vəzifəsini yalnız parlament üzvü tuta bilər. Məhz buna görə də Bernem əvvəlcə İcmalar Palatasına seçilməyə məcbur oldu ki, sonra Leyboristlər Partiyasının liderinin və nəticədə ölkənin baş nazirinin dəyişdirilməsi prosedurunu işə sala bilsin. "The Times" nəşrinin bildirdiyinə görə, Bernem İcmalar Palatasındakı leyborist deputatların ən azı yarısının (200-dən çox siyasətçinin) dəstəyini qazanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropada cinayət məsuliyyəti yaşı endirilə bilər
Bir sıra Avropa ölkələrində azyaşlıların cinayətkar qruplar tərəfindən cəlb olunması hallarının artması fonunda uşaqlar üçün cinayət məsuliyyətinin yaş həddinin aşağı salınması məsələsi müzakirə olunur. xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb. Məlumata görə, xüsusilə İsveçd
21.06.2026 211 Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə edilib. xəbər verir ki, bu bərədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib. Qeyd olunub ki, hadisə barədə məluma
12:15 92 Sumqayıtda 18 yaşlı qız evdə tanışını bıçaqladı
Sumqayıt şəhərində gənc qız oğlanı bıçaqlayıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib. Şəhər sakini 2008-ci il təvəllüdlü G.Əfəndiyeva aralarında yaranmış münaqişə zəminində 2006-cı il təvəllüdlü Qismət Şamo oğlu Baxşalıyevə bıçaqla xəsarət yetirib. Yaral
12:30 99 Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağl
21.06.2026 282 Bakıda DƏHŞƏTLİ QƏZA: Avtobus yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb. Hadisənin videogörüntüləri sosial şəbəkədə bloqer Saleh Nəsirov tərəfindən paylaşılıb. Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo"
21.06.2026 616 "Gəldim ki, hamısını alıblar, mənə heç nə çatmayıb" - Ucuzlaşan yumurta qiymətlərinə sakinlərdən REAKSİYA - VİDEO
Son günlər marketlərdə diqqətçəkən dəyişikliklərdən biri yumurta qiymətlərinin kəskin ucuzlaşmasıdır. Bəzi satış məntəqələrində yumurtanın hətta bir qəpiyə təklif olunduğu bildirilir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Yumurta tapa bilirəm ki, alım?! Heç yerdə yoxdur
21.06.2026 296 Sumqayıta metro çəkilə bilərmi? - Gözləntilər və reallıqlar - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
Son illər Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələsini yenidən aktuallaşdırıb. Xüsusilə paytaxta gündəlik gediş-gəliş edən minlərlə vətəndaşın üzləşdiyi tıxaclar fonunda Sumqayıta metro xəttinin çəkilməsi ilə bağlı təkliflər ictimaiyyə
10:48 151 ABŞ-nin İranın dondurulmuş aktivlərinin bir qismini hansı şərtlə qaytaracağı məlum oldu
Vaşinqton Administrasiyası İranın BMT müfəttişlərini öz nüvə obyektlərinə buraxmağa razı olacağına ümid edir. "Axios" portalına istinadən xəbər verir ki, bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş aktivlərinin bir hissəsindən istifadə etmək imkanı verməyə hazırdır. Portalın mənbələrini
21.06.2026 237 AP İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğvinin səbəbini açıqlayıb
İran nümayəndələri İsrail və Livan arasında davam edən hərbi əməliyyatlara görə iyunun 19-da ABŞ ilə danışıqların keçirilməli olduğu İsveçrəyə səfərdən imtina ediblər. "Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb. "İra
21.06.2026 180