Məhsullar niyə əvvəl od qiymətinə, sonra dəyər-dəyməzinə satılır? - İQTİSADÇIDAN AÇIQLAMA

Məhsullar niyə əvvəl od qiymətinə, sonra dəyər-dəyməzinə satılır? - İQTİSADÇIDAN AÇIQLAMADünya bazarında fəaliyyət göstərən qlobal brendlərin son illərdə tətbiq etdiyi qiymət siyasəti istehlakçılar arasında ciddi narazılıq doğurur. İstər qida məhsulları, istər şəxsi gigiyena vasitələri, istərsə də elektronika sahəsində fəaliyyət göstərən böyük şirkətlər məhsullarını yüksək qiymətlərlə satışa çıxarsalar da, son istifadə tarixi yaxınlaşdıqda və ya satış zəiflədikdə həmin məhsulları kəskin endirimlərlə təklif edirlər.

Xüsusilə supermarketlərdə meyvə-tərəvəzin əvvəlcə yüksək qiymətə təqdim olunması, xarab olmağa yaxın isə dəyərindən çox aşağı satılması istehlakçılarda "əgər mümkündürsə, niyə əvvəldən münasib qiymət qoyulmur?" sualını gündəmə gətirir. Bu vəziyyət qlobal şirkətlərin qiymət siyasəti, bazar strategiyası və alıcılıq qabiliyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Məhsullar niyə əvvəl od qiymətinə, sonra dəyər-dəyməzinə satılır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, qlobal brendlərin qiyməti ilk gündən "cibə uyğun" qoymamasının səbəbi sadəcə tamahkarlıq deyil, bazar iqtisadiyyatının və marketinqin işləmə mexanizmidir. Onun sözlərinə görə, birinci səbəb dəyər qavrayışıdır: "Brend malı ucuz çıxarsa, alıcı düşünür ki, "keyfiyyətsizdir". Şampun 2 manata olsa, çox adam onu almaz, çünki "baş yuyandan sonra saç tökər" deyə qorxar. Eyni şampun 12 manata olanda "deməli yaxşıdır" deyib alırlar. Yəni yüksək qiymət həm də reklamdır. Brend öz imicini qorumaq üçün qiyməti yuxarıdan başlayır.

İkinci səbəb seqmentləşdirmədir. Mal çıxan kimi onu "tez almağa hazır olan" müştəri alır. O, qiymətə həssas deyil, yeniliyi birinci sınaqdan keçirmək istəyir. Telefon misalı: iPhone çıxan gün 2500 manata alan var. 6 aydan sonra eyni telefon 1900 manata düşür və daha geniş kütlə alır. İl keçəndən sonra 1400 manata düşür, tələbə də alır. Brend bir mal üzrə üç fərqli alıcıdan üç fərqli qazanc götürür. Ən başdan 1400 manat qoysaydı, ilk gün 2500 verənlərin pulunu itirəcəkdi.

Üçüncüsü, xərclərin quruluşudur. Qlobal brend reklam, qablaşdırma, rəf haqqı, distribütor payı, geri qayıdan malın riski üçün büdcə qoyur. Yoqurtun maya dəyəri 40 qəpik olsa da, reklam kampaniyası, marketə giriş haqqı, soyuducu icarəsi üstünə gələndə satış qiyməti 2.80 manat olur. Vaxtı keçəndə bu xərclər artıq çəkilib, malı atmaqdansa 50 qəpiyə vermək sərf edir. Heç olmasa maya dəyərini çıxarır, rəfi boşaldır.

Dördüncüsü, planlı köhnəlmə və dövriyyədir. Elektronika tez "köhnəlir" (buna "mənəvi köhnəlmə" deyirlər) çünki 6 aydan sonra yeni model çıxır. Köhnə model anbarda qalsa, yer tutur, pulu bağlayır. Ona görə kəskin endirim edib anbarı təmizləyirlər. Qida və meyvə-tərəvəzdə isə səbəb saxlama müddətidir. Supermarket qiyməti 6 manata qoyur, çünki bilir ki, yarısı satılacaq, yarısı xarab olacaq. Xarab olanın zərərini satılanın üstünə yükləyir. Son gün 2 manata qoyur ki, heç olmasa zibilə getməsin.

Beşincisi, psixoloji endirim oyunudur. 10 manatlıq malı 3 manata endirəndə alıcı "fürsət" hiss edir və lazım olmasa da alır. Ən başdan 3 manat olsa, "ucuz maldır" deyib keçəcək. Endirim illüziyası satışın əsas mühərrikidir.

Bəs niyə ən başdan ucuz qoymurlar? Qoysalar, üç problem yaranır. Bir, brend dəyəri düşər, "premium" obrazı itər. İki, ilk dalğada baha alacaq müştərinin pulunu itirərlər. Üç, rəqiblər də qiymət savaşına girər, hamı ziyan edər. Ona görə "yüksəkdən başla, tədricən düş" modeli bütün dünyanın pərakəndə standartıdır.

Meyvə-tərəvəzin baha olub sonra çürüməsi isə marketin günahı deyil, zəncirin günahıdır. Fermer, topdansatış, logistika, market hamısı risqi qiymətə əlavə edir. Mal tez xarab olandırsa, risq də böyükdür. Market bilir ki, pomidorun 30 faizi satılmayacaq, ona görə 70 faizin qiymətini qaldırır ki, ümumi zərəri örtsün.

Qısası, brend üçün əsas məsələ malı satmaq deyil, maldan maksimum qazancı müxtəlif alıcı təbəqəsindən çıxarmaqdır. Vaxtı keçəndə və ya yeni model çıxanda isə malın "alternativ dəyəri" sıfıra düşür. Atmaqdansa dəyər-dəyməzinə vermək sərf edir. Ona görə də qiymətlər əvvəl baha, sonra ucuz olur. Bu, qəsdən qurulmuş sistemdir, səhv deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

02.10.2026 161
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

Aktyor və ailəsi hoteldə ölümdən son anda xilas oldular

Rusiyalı aktyor İvan Oxlobıstin Donbasda olarkən həyat yoldaşı və kürəkəni ilə birlikdə atəşə tutulub. Axşam.az xəbər verir ki, bu barədə onun dostu, kinorejissor Oleq Fomin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı mərmi aktyorun qaldığı hotel otağına düşüb. Hadisə Oxlobısti

02.10.2026 169
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

02.10.2026 229
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 198
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 184
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 189
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.