2020-də gündəmə gələn üzən məzənnə planı niyə reallaşmadı? - İQTİSADÇIDAN AÇIQLAMA

2020-də gündəmə gələn üzən məzənnə planı niyə reallaşmadı? - İQTİSADÇIDAN AÇIQLAMA2020-ci ildə Azərbaycanda milli valyutanın məzənnə rejimi ilə bağlı üzən məzənnə sisteminə keçid ehtimalı gündəmə gətirilmişdi. O dövrdə aparılan müzakirələrdə daha çevik valyuta siyasətinə keçidin iqtisadi sabitliyə təsir göstərə biləcəyi vurğulansa da, bu istiqamətdə konkret addımlar atılmadı.

Hazırda da ölkədə manatın məzənnə rejimi sabit idarə olunan model çərçivəsində qalmaqda davam edir və üzən məzənnəyə keçid məsələsi rəsmi gündəlikdə yenidən aktiv şəkildə müzakirə olunmur.
2020-də gündəmə gələn üzən məzənnə planı niyə reallaşmadı? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, hökumət 2020-dən sonra üzən məzənnəyə keçidi planlaşdırmışdı, amma bu günə qədər reallaşmayıb. Onun sözlərinə görə, bunun bir neçə əsas səbəbi var: "Əvvəla, 2020-ci ilin özü pandemiya, neft qiymətlərinin çökməsi və müharibə ilə yadda qaldı. Belə qeyri-sabit dövrdə məzənnəni sərbəst buraxmaq əlavə şok yaradardı. İnsanlarda və biznesdə inam zəif olanda üzən məzənnə kəskin devalvasiya qorxusu yaradır. Mərkəzi Bank sabitliyi qorumağı üstün tutdu.

İkincisi, Azərbaycan iqtisadiyyatı hələ də neft və qazdan çox asılıdır. İxracın 90 faizdən çoxu, büdcə gəlirlərinin yarısından çoxu enerji sektorundan gəlir. Neftin qiyməti düşəndə ölkəyə gələn dollar azalır. Üzən məzənnə olsa, bu birbaşa manatın dəyərdən düşməsi ilə nəticələnər. Əhali və idxaldan asılı bazar üçün bu, qiymətlərin ani bahalaşması deməkdir. 2015-ci ildəki iki devalvasiya yaddaşlardan silinməyib. Hökumət sosial narazılıq riski almaq istəmir.

Üçüncüsü, idxaldan asılılıq yüksəkdir. Ərzaq, dərman, texnika, xammalın böyük hissəsi xaricdən gəlir. Manat zəifləyəndə bu mallar dərhal bahalaşır və inflyasiya sıçrayır. Mərkəzi Bankın əsas vəzifəsi qiymət sabitliyidir. İdarəolunan məzənnə ilə inflyasiyanı cilovlamaq daha asandır.

Dördüncüsü, maliyyə bazarları dərin deyil. Üzən məzənnə üçün inkişaf etmiş valyuta bazarı, hedcinq alətləri (maliyyə risklərini azaltmaq üçün istifadə edilən vasitələr), bankların və şirkətlərin riskləri idarə etmə bacarığı lazımdır. Bizdə bank sektoru kiçikdir, ixracatçılar və idxalçılar valyuta riskini sığortalamağı bacarmır. Məzənnə sərbəst olsa, kiçik bir şokda bütün sistem çalxalana bilər.

Beşincisi, dollarlaşma səviyyəsi hələ də qalır. Əhalinin əmanətlərinin xeyli hissəsi, daşınmaz əmlak bazarı, avtomobil satışı dollarla gedir. Məzənnə üzəndə insanlar təşvişə düşüb manatdan qaçır. Bu da sabitliyi daha da pozur.

Bütün bunlara görə hökumət "de-fakto sabit, de-yure idarəolunan üzən" rejim saxlayır. Mərkəzi Bank manatı 1,70 səviyyəsində saxlamaq üçün lazım gələndə bazara çıxır. Neft Fondu və ehtiyatlar imkan verir ki, bu siyasət davam etsin.

Üzən məzənnəyə keçmək üçün gərək iqtisadiyyat şaxələnsin, qeyri-neft ixracı artsın, idxaldan asılılıq azalsın, maliyyə bazarları dərinləşsin və əhali manata inansın. Bu şərtlər olmadan məzənnəni buraxmaq sabitliyi pozar. Ona görə də keçid təxirə salınır. Hazırda sabitlik prioritetdir, çeviklik ikinci plandadır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 508   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi

"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını

11:11 161
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir

"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum

11:40 156
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra

14:20 33
.

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

11:52 237
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

12:36 134
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13.10.2026 417
.

Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri

"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind

14:25 0
.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

10:26 152
.

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri

Müasir beynəlxalq münasibətlər sistemində Qlobal Cənub ölkələrinin siyasi və iqtisadi çəkisinin artması dünya siyasətinin əsas tendensiyalarından biridir. Asiya, Afrika, Latın Amerikası və Okeaniyanın inkişaf etməkdə olan dövlətlərini əhatə edən bu anlayış vahid siyasi təşkilatı deyil, müxtəlif maraqlar

11:48 152
.