Xəbər saytlarının reytinqində fərqlər: Sayğac sistemləri niyə eyni nəticəni göstərmir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Xəbər saytlarının reytinqində fərqlər: Sayğac sistemləri niyə eyni nəticəni göstərmir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMüasir rəqəmsal mediada xəbər saytlarının auditoriyasını ölçmək üçün istifadə olunan sayğac sistemləri niyə fərqli nəticələr göstərir? Google Analytics, SimilarWeb və Alexa Internet kimi platformalar eyni sayt üçün müxtəlif ziyarətçi sayı, baxış müddəti və reytinq göstəriciləri təqdim edirsə, bu fərqin arxasında hansı amillər dayanır?

Eyni xəbər saytının bir platformada lider, digərində isə daha aşağı mövqedə görünməsi ölçmə metodologiyalarındakı fərqlərdən, məlumatların toplanma üsullarından, istifadəçi davranışının izlənmə mexanizmlərindən, yoxsa statistik təxminlərdən qaynaqlanır? Bu suallar media mühitində şəffaflıq və etibarlılıq məsələsini daha da aktuallaşdırır.
Xəbər saytlarının reytinqində fərqlər: Sayğac sistemləri niyə eyni nəticəni göstərmir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bugünkü rəqəmsal media mühitində xəbər saytlarının reytinqinin ölçülməsi üçün istifadə olunan sayğac sistemləri əslində çoxsadə "baxış sayı"ndan daha mürəkkəb mexanizmlərlə işləyir. Onun sözlərinə görə, bu sistemlər istər lokal platformalar, istərsə də beynəlxalq analitik alətlər saytın trafikini müxtəlif parametrlər üzrə ölçür: unikal istifadəçilər (unique visitors), səhifə baxışları (pageviews), sessiya müddəti, istifadəçinin saytda keçirdiyi zaman, geri dönüş tezliyi və hətta trafikin mənbəyi (sosial media, axtarış sistemləri və s.): "Məsələ ondadır ki, fərqli sayğac sistemləri bu göstəriciləri fərqli metodologiyalarla toplayır və interpretasiya edir. Məsələn, bir sistem daha çox "unikal istifadəçi"yə üstünlük verə bilər, digəri isə "ümumi baxış sayı"nı əsas götürə bilər. Bundan əlavə, bəzi platformalar yalnız özlərinə qoşulmuş saytların məlumatlarını ölçür, digərləri isə üçüncü tərəf texnologiyaları ilə daha geniş monitorinq aparır. Bu səbəbdən eyni sayt bir sayğacda ilk sıralarda, digər platformada isə xeyli geridə görünə bilər.

Digər mühüm faktor texniki fərqlərdir. Sayğac sistemləri məlumatı ya "script" (sayta yerləşdirilən kod), ya da "panel əsaslı" (istifadəçi davranışını izləyən seçilmiş auditoriya üzərindən) metodlarla toplayır. Script əsaslı sistemlər daha geniş məlumat versə də, manipulyasiyaya daha açıqdır. Məsələn, bot trafiki, süni kliklər və ya trafik yönləndirmələri nəticəni şişirdə bilər. Panel əsaslı sistemlər isə daha sabitdir, amma tam bazarı əhatə etməyə bilər.

Ədalətlilik məsələsinə gəldikdə, burada əsas problem vahid standartın olmamasıdır. Əgər hər sayğac sistemi fərqli metodologiya ilə işləyirsə, onların nəticələrini birbaşa müqayisə etmək doğru deyil. Dünya təcrübəsində bu məsələni tənzimləmək üçün daha şəffaf və audit olunan sistemlərdən istifadə edilir. Məsələn, beynəlxalq səviyyədə media ölçmələrində müstəqil audit qurumlarının təsdiqlədiyi metodologiyalar tətbiq olunur, bot trafiki filtrasiya edilir və "real istifadəçi davranışı" əsas götürülür.

Ədalətli sayğac sistemi üçün bir neçə prinsip vacibdir: metodologiyanın açıq olması, məlumatların müstəqil auditdən keçməsi, bot və süni trafikin effektiv filtrasiya olunması və bütün iştirakçılar üçün eyni ölçmə meyarlarının tətbiqi. Əks halda, bu cür reytinqlər real təsir gücünü deyil, daha çox texniki manipulyasiya imkanlarını əks etdirə bilər.

Nəticə etibarilə bildirim ki, sayğac sistemləri media bazarında orientir rolunu oynasa da, onları saytın nüfuzu və ya jurnalist keyfiyyətinin birbaşa göstəricisi kimi qəbul etmək düzgün deyil. Daha sağlam yanaşma bu rəqəmləri digər meyarlarla, kontentin keyfiyyəti, ictimai təsir və auditoriya etibarı ilə birlikdə qiymətləndirməkdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta

02.10.2026 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 167
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 147
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 189
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 194
.