Bakıda uşaq bağçasında dəhşətli hadisə: 3 yaşlı uşağa qarşı zorakılıq niyə baş verdi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda uşaq bağçasında dəhşətli hadisə: 3 yaşlı uşağa qarşı zorakılıq niyə baş verdi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMABir neçə gün öncə Bakıda uşaq bağçalarının birində tərbiyəçi 3 yaşlı uşağa qarşı zorakılıq edib, onun barmağına qızdırılmış qaşıq basıb. Bu hadisə cəmiyyətdə ciddi narazılıq və narahatlıq yaradaraq uşaq bağçalarında nəzarət mexanizmləri və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Hadisədən sonra əsas müzakirə olunan məqamlardan biri də bağçalarda işləyən tərbiyəçilərin işə qəbul zamanı psixoloji durumlarının və peşə uyğunluğunun nə dərəcədə ciddi yoxlanılmasıdır. Uşaqlarla işləyən şəxslərin seçimində tətbiq olunan meyarlar və mövcud nəzarət sisteminin effektivliyi isə sual altında qalır.
Bakıda uşaq bağçasında dəhşətli hadisə: 3 yaşlı uşağa qarşı zorakılıq niyə baş verdi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Elçin Murad BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ hər dəfə gündəmdə olan bir şeydir. Yəni demək olarki hər il bu mövzu ilə rastlaşırıq və hər dəfə eyni problemlə üzləşirik. Onun sözlərinə görə, bununda ən birinci səbəbi işə götürülən şəxsin psixoloji testdən keçməməsidir: "Test dedikdə təbiiki hər hansısa 5, 10 və 20 sualdan ibarət kağız üzərindəki sualları nəzərdə tutmuram. İstənilən bir bağça işçisi işə götürüldüyü zaman müəyyən bir praktikadan keçməlidir. Ən problemli uşaqlardan tutmuş ən sakit uşaqlara qədər tərbiyəçiyə müəyyən bir mərhələ verilməlidir və onun işləmə prosesi kənardan izlənilməlidir. Yəni tərbiyəçinin özünün belə xəbəri olmadan o praktiki təcrübədən keçirilib, daimi izlənilməlidir.

Çünki bu elə bir şeydir ki, biz görürük ki, hər hansısa bir valideyn belə uşağının dəcəlliyi ilə barışa bilmir, qəzəblənir. Amma tərbiyəçinin işi bunun öhdəsindən gəlməkdir. Yəni hər bir uşaq müəyyən psixoloji hala sahibdir və bu psixoloji hal ilə tərbiyəçi uşağın üzərində oynamalı, işləməli və onu ələ almağı bacarmalıdır. Yəni onun işi odur. Əgər bu işi bacara bilmirsə, bir yerdə bezirsə və öz emosiyalarına sahib çıxa bilmirsə təbii şəkildə bu adam işdən uzaqlaşdırılmalıdır. Çünki bu elə bir vəziyyətdir ki, valideyn uşağını əmanət edir. Yəni bu bir madiyyat və ya mülk deyilki nəsə olsa deyəsənki eybi yoxdur yenisini alaram. Bu bir övladdır.

Zülmə məruz qalmış uşaqda psixoloji travma yarananda gələcəkdə həmin uşaq cəmiyyətdə psixoloji cəhətdən qəddar bir insana çevrilə bilər. Bu gün biz yeniyetmələrdə və gənclərdə şiddətə meyillilik görürük. Həmin şiddətə meyilliliyin kökünə ensək görərik ki, uşaq vaxtı həmin şəxs psixoloji şiddətə məruz qalıb. Tərbiyəçilər ən çətin xarakteri olan uşaqlarla işləməyə məcbur edilib izlənilməlidirlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta

02.10.2026 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 167
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 147
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 189
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 194
.