Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - Fotolar
Ermənistanda, Ağverəndə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistanda, Ağverəndə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
• "Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat";
• "Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat";
• "Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat".
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycanın ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 479 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir
Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd
20:45 1 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb
10:10 157 Afaq bu dəfə Yunanıstana getdi - Fotolar
Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin
14:10 243 Cavid Gülün qızı xəstəxanalıq oldu - Foto
Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb. O bildirib ki, övladlarını yüksək temperaturla xəstəxanaya aparıblar:. "40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım
10:54 257 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
19:45 1 Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirili
11:45 165 İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb
"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya məsələsinin gündəmə gəlməsindən sonra İranda bəzi dairələr hərəkətə keçib. Həmin dairələr sənədin ratifikasiya olunmasının ölkənin maraqları əleyhinə olması barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Maraqlıdır ki, onlar
18:45 88 Trampdan diqqətçəkən açıqlama: ABŞ qırıcıları Ukraynaya verilə bilər
Avropa İttifaqı ABŞ-dan aldığı qırıcı təyyarələri Ukraynaya verə bilər. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ehtimalı televiziya aparıcısı Allin Rutla YouTube-da yayımlanan müsahibəsində səsləndirib. "Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərin
12:06 167 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
11:43 175