Charles III-ün Konqres çıxışı: ABŞ-ın Ukrayna və NATO siyasətində dönüş nöqtəsi? - POLİTOLOQDAN AÇIQLAMA
Böyük Britaniya kralı Charles III-ın ABŞ-a rəsmi səfəri çərçivəsində Konqresdə etdiyi çıxış beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tarixi çıxışında kral ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamaqla yanaşı, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini önə çəkib və NATO-nun qlobal təhlükəsizlikdə roluna xüsusi diqqət ayırıb.
Çıxış zamanı o, müttəfiqlər arasında birliyin qorunmasının vacibliyini qeyd edərək Ukraynanın müdafiəsi üçün "sarsılmaz iradə" nümayiş etdirilməsinə çağırıb və transatlantik ittifaqların zəifləməməsinin əhəmiyyətini vurğulayıb. Bəs, Charles III-ün bu çıxışı ABŞ-ın Ukrayna siyasətində və NATO siyasətində dəyişikliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, Charlesin ABŞ-a səfəri və konqresdəki məlum çıxışı qlobal gündəliyin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib və bu istiqamətdə verilən ən önəmli mesajlar məhz NATO ilə bağlı uzun müddətdir yaranmış gərginliyin ətrafında da ciddi suallar yaradır. Onun sözlərinə görə çünki Anqlo-Sakson ittifaqının dağılması yeni formalaşacaq beynəlxalq münasibətlər nizamında Böyük Britaniya və ABŞ-ın əks qütblərdə və ya rəqib düşərgələrdə təmsil olunması ilə bağlı ssenarilərdə uzun müddətdir ki, müzakirə olunur və bununla bağlıda ciddi yanaşmalar ortaya qoyulub: "Amma düşünürəm ki, Charles lll-ün ABŞ-a səfəri və səfər çərçivəsində verilən mesajlar onu deməyə əsas verir ki, yeni formalaşacaq dünya nizamında da ABŞ və Böyük Britaniya ortaq mövqeydən çıxış eliyən maraqlar nisbətində vahid bir ittifaq çərçivəsində beynəlxalq nizamda baş verən problemlərin həll olunması və təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılması ilə bağlı müəyyən yanaşmalara sahibdir. Bu təbiiki Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Orta Şərqdə baş verən qarşıdurmalar və məlum olduğu kimi İran və ABŞ arasında olan müharibə və yaranmış gərginliyin aradan qaldırılmasınada töhvə verə bilər. Düşünürəm ki, Charlesin bu istiqamətdə verdiyi mesajlar ABŞ-ın xarici siyasətində də müəyyən redaktələrədə səbəb ola bilər.
Xüsusi ilədə NATO ittifaqı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində real addımları müşahidə edə bilərik. Çünki son zamanlarda biz NATO çərçivəsində daha çox böhtana səbəb olan yanaşmaların ortaya çıxdığını, eyni zamanda ABŞ-ın digər NATO dövlətləri arasında yaranmış gərginlikləri müşahidə edirik. ABŞ-ın Rusiya-Ukrayna müharibəsi və eyni zamanda İranla olan qarşıdurma fonunda ənənəvi tərəfdaşlarına bir qədər "küskün" mövqeydən çıxış etməsi, onları pis tərəfdaş adlandırması NATO çərçivəsində parçalanma və eyni zamanda blokun gələcəyi ilə bağlı ciddi sualları daha çox ön plana çıxarırdı və Böyük Britaniyanın ortaya qoyduğu yanaşmalar, eyni zamanda ABŞ ilə Böyük Britaniya arasında ola biləcək hər hansısa bir fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsi istiqamətində verilən mesajlar düşünürəm ki, qlobal sistemin gələcəyi ilə bağlıda qeyri-müəyyən qalan məqamlara müəyyən mənada işıq salmış olur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 518 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 Sağlam yaşlanmağın 10 əsas qaydası
Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta
02.10.2026 205 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
02.10.2026 185 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 125 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 167 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 360 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 147 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 189 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 194