Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB
Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir.
Xüsusilə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin qısaldılması və orta təhsilli çağırışçılar üçün fərqli müddətlərin tətbiqi ideyası cəmiyyətdə tez-tez səsləndirilən təkliflərdəndir.
Təkliflərə görə, ali təhsilli gənclər üçün 6 aylıq, digər çağırışçılar üçün isə 1 illik xidmət modeli həm təhsilin daha effektiv istifadəsinə, həm də ordunun kadr potensialının daha çevik planlanmasına imkan verə bilər.
Lakin bu kimi dəyişikliklərin tətbiqi yalnız sosial və təhsil amilləri ilə deyil, həm də ölkənin müdafiə strategiyası, hərbi hazırlıq standartları və resurs planlaması ilə birbaşa bağlıdır. Ona görə də belə bir modelin mümkünlüyü məsələsi hələ də müzakirə və qiymətləndirmə mərhələsində olan mövzulardan biri kimi qalır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, gələcəkdə ali təhsilli şəxslər üçün hərbi xidmətin müddətinin azaldılması müzakirə oluna bilər:
"Ümumilikdə isə xidmət müddətinin bir ilə qədər azaldılması da praktiki olaraq mümkündür. Lakin indiki şəraitdə bu məsələ hələlik müzakirə olunmur".
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin mövcud vəziyyətdə, regionda döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda, ordunun komplektləşdirmə faizini aşağı salmaq indiki şəraitdə məqsədəuyğun deyil.
Həmsöhbətimiz sonda qeyd edib ki, mövcud olan hərbi xidmət haqqında qanunun tələblərinə uyğun xidmət müddətləri indiki şərait üçün optimaldır və bu müddətlər özünü kifayət qədər doğruldur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampdan diqqətçəkən açıqlama: ABŞ qırıcıları Ukraynaya verilə bilər
Avropa İttifaqı ABŞ-dan aldığı qırıcı təyyarələri Ukraynaya verə bilər. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ehtimalı televiziya aparıcısı Allin Rutla YouTube-da yayımlanan müsahibəsində səsləndirib. "Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərin
12:06 174 İxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər
"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları
14:40 197 Haaland rekordlar kitabına düşdü
Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd
19:00 166 Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə
12:24 223 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
20:00 159 İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?
"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs
14:51 200 Sabah yağışlı hava olacaq
Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər
12:35 288 Ağcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy
18:15 199 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
11:43 179