"Son zəng" tədbirlərində QADAĞA
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib.
Milli.Az xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.
Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.
"Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.
"Son zəng" tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:
1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);
Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);
Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.
Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Belə ki, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.
Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
Bundan əlavə, xüsusi tələb və qeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.
MÜTDA təlimatda qeyd edilən tələbləri təsdiq edib. "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 0 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 253 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 214 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 212 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 210 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 193 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 277 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 215 Aktyor və ailəsi hoteldə ölümdən son anda xilas oldular
Rusiyalı aktyor İvan Oxlobıstin Donbasda olarkən həyat yoldaşı və kürəkəni ilə birlikdə atəşə tutulub. Axşam.az xəbər verir ki, bu barədə onun dostu, kinorejissor Oleq Fomin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı mərmi aktyorun qaldığı hotel otağına düşüb. Hadisə Oxlobısti
02.10.2026 231