Avropa Birliyindən Ukraynaya 90 milyonluq dəstək, Macarıstan yenə fərqli mövqedə - POLİTOLOQDAN AÇIQLAMA

Avropa Birliyindən Ukraynaya 90 milyonluq dəstək, Macarıstan yenə fərqli mövqedə - POLİTOLOQDAN AÇIQLAMAAvropa İttifaqının Ukraynaya dəstəyini davam etdirdiyi bir vaxtda, birlik daxilində fikir ayrılıqları yenidən açıq şəkildə üzə çıxır. Dünən Avropa Birliyi tərəfindən Ukraynaya 90 milyon avro həcmində kredit ayrılması Kiyevə iqtisadi və siyasi dəstəyin davam etdiyini göstərsə də, Macarıstanın bu məsələdə ehtiyatlı və bəzən də mənfi mövqeyi diqqət çəkir.

Rəsmi Budapeştin Ukraynaya yardım paketlərinə qarşı çıxması və ya onları ləngitməsi, Avropa daxilində həmrəyliyin nə dərəcədə davamlı olduğu sualını yenidən gündəmə gətirir. Bu vəziyyət fonunda Ukraynaya dəstək məsələsi təkcə maliyyə yardımı deyil, həm də siyasi birlik və strateji yanaşma baxımından ciddi müzakirə mövzusuna çevrilib.
Avropa Birliyindən Ukraynaya 90 milyonluq dəstək, Macarıstan yenə fərqli mövqedə - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Turan Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, əvvəl onu qeyd etmək lazımdır ki, Macarıstanda hakimiyyət yeni dəyişib. Yəni bu qədər yeni bir hakimiyyətin birdən-birə xarici siyasətə fokuslanması gözlənilən deyil. O baxımdanda mən düşünmürəm ki, bu tezlikdə Macarıstanın siyasətində radikal bir dəyişiklik olsun. Onun sözlərinə görə, hazırda yeni hakimiyyət ölkə daxilində struktur və yenidənqurma işlərinə gedilib: "Əslində gözlənildiyi kimi ilk edəcəkləri məsələlər Orban dövründən qalmış brokratik məsələlər, qanun yenilənmə məsələləri, daxili siyasətdəki tənzimləmələrin fokuslanmaları idi. Yəni həttda mən deyərdim ki, bu il onlar çətinki bu məsələlərdən başlarını qaldırıb xarici siyasətə fokuslana bilsinlər. Bununla belə xarici siyasətdə böyük ölçüdə dəyişiklik olacağını düşünmürəm.

Dəyişikliklər belə ola bilər ki, Avropa İttifaqı ilə daha sıx münasibətlərə gedilə bilər. Amma bu o demək deyilki, Macarıstan birmənalı şəkildə Orban dövründən fərqli siyasət yeridəcək. Nəzərə almaq lazımdır ki, təzə hakimiyyətə gələn şəxsdə eyni qaydada konservativ bir şəxsdir. Yəni adətən belə şəxslər radikal siyasi dəyişikliklərə getmirlər. Böyük ehtimalla Macarıstan Avropa İttifaqı ilə münasibətləri bir qədər yaxşılaşdıracaqdır. Amma Rusiya-Ukrayna müharibəsi ilə bağlı radikal dəyişimə getmək məsələsini indidən danışmaq çox tezdir. Bu daha çox situasiyadan asılı olacaq bir durumdur.

Macarıstan bu qərarı Orbana görə verməyib. Macarıstan bu qərarı Macarıstanın Avropa İttifaqı daxilindəki mövqeyini gücləndirmək, habelə bu sanksiyaların Rusiya ilə gərginliyin və Ukraynaya dəstək verilməsinin Macarıstana fəsadları baxımından ediblər. Ona görə əsas səbəb olaraq bunu görürəm və Orban sonrası dönəmdə də bunun radikasiya edib dəyişəcəyini düşünmürəm".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.