Kreml Moldovaya təzyiqi artırır - Dnestryanı kartı yenidən aktivləşir

Kreml Moldovaya təzyiqi artırır - Dnestryanı kartı yenidən aktivləşirRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

"Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları, eləcə də təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün zəruri addımları atacaq və onları Konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək", - deyə Şoyqu vurğulayıb.

Şoyqu həmçinin qeyd edib ki, Rusiya Kişinyovun Dnestryanı ilə bağlı bütün mümkün ssenarilərini, o cümlədən ən gözlənilməz variantları belə izləyir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Şoyqunun Dnestryanı ilə bağlı bu açıqlaması təsadüfi hesab olunmur. Kremlin Moldovanın MDB-ni tərk etməsinə səssiz qalmayacağı əvvəldən gözlənilirdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kişinyovun bu qərarına görə təəssüf etdiklərini bildirsə də, Moskvanın bununla kifayətlənməyəcəyi ehtimal olunur:

"Kreml artıq Moldovaya qarşı təzyiq rıçaqlarını aktivləşdirir. Dnestryanı ərazi müstəqilliyini elan etsə də, bu status beynəlxalq səviyyədə tanınmır. Buna baxmayaraq, Kişinyovla separatçı region arasında müəyyən təmaslar mövcuddur və Moldovaya səfər edən turistlər bu əraziyə də gedə bilirlər.

Ümumilikdə, Dnestryanının öz pul vahidi, dövlət strukturları, silahlı qüvvələri və bayrağı var. Region təkcə Moldova üçün deyil, Ukrayna üçün də həssas məsələ olaraq qalır. Rusiya-Ukrayna müharibəsinin əvvəlində Moskvanın hədəflərindən biri də Dnestryanı istiqamətində təsir imkanlarını genişləndirmək idi.

Hazırda müharibə davam edir və Kreml Dnestryanı vasitəsilə həm Kişinyova, həm də Kiyevə təsir göstərməyə çalışır.

Moldovanın MDB-dən çıxma prosesi rəsmi olaraq 2027-ci ilin aprelində başa çatacaq. Bu müddət ərzində Moskvanın Kişinyovu qərarından çəkindirmək üçün həm diplomatik, həm də siyasi vasitələrdən istifadə etməsi istisna edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.