Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.
Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.
Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.
Bakı-Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 kilometrlik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.
Bilet satışı aprelin 17-dən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.
Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar - Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonlarının sakinləri üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah da yağış yağacaq?
Oktyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləy
13:14 160 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 253 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 119 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 311 Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
02.10.2026 18 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 139 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 233 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 242 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 279