Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alırAbşeron Rayon İcra Hakimiyyəti "Premyer Prodakşin" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 000 manat ödəniləcək.

Bayram sovqatları Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə veriləcək. Satınalmanın şərtlərindən məlum olur ki, bayram sovqatları çəkisi ətlə ölçülən paylardan ibarət olacaq. 3 kiloqramdan ibarət 1600 ədəd pay Xırdalan şəhərində, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələrində paylanılacaq.

Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir.

"Premyer Prodakşin" MMC-yə gəlincə, bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin qalib gəldiyi müsabiqələrdəki satınalma predmetlərinə diqqət yetirdikdə müəyyən suallar yaranır.

Təsəvvür edin, Abşeron Rayon İcra Hakimiyyətinə ət satan "Premyer Prodakşin" MMC həm jurnal, mədəni tərtibat vasitələri, video avadanlıqları satır, həm də turizm sənayesi üzvləri arasında əlaqələrin gücləndirilməsi ilə məşğul olur. Bəzi hallarda isə çap və mətbəə fəaliyyəti göstərir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "PREMYER PRODAKŞİN" (VÖEN: 2700318711) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.04.2007-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30, qanuni təmsilçisi kimi isə Məmmədov Səxavət Fazil oğlu olduğu qeyd olunub.

Qeyd edək ki, "PREMYER PRODAKŞİN" MMC 22.05.2020-ci ildən 06.11.2025-ci ilə qədər müxtəlif dövlət qurumları tərəfindən tədbirlərin təşkili, bayram sovqatlarının və həqiyyələrin alınması və sair malların satın alınması üzrə keçirilmiş dəyəri yüz minlərlə manat olan 32 kotirovka sorğusunun qalibi olub.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Premyer Prodakşin" MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur.

Şirkətin hazırda 8739,75 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb.

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alırSəxavət Məmmədov kimdir?

Məmmədov Səxavət Fazil oğlu vergi ödəyicisi kimi MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mən. 30 ünvanda daimi qeydiyyatdadır.

07.07.2023-cü ildə yer alan məlumatlara görə Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, Şamaxı rayonunda fəaliyyət göstərən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları daxildir.

Buna baxmayaraq, bir il sonra Səxavət Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Səxavət Məmmədov fiziki şəxs kimi də çoxlu satınalmaların qalibi olub.

Satınalmalar portalına yerləşdirilmiş məlumatlara görə, Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov ilə ötən ilin ikinci yarısında ümimi dəyəri 182 173 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.

Ümumilikdə isə Səxavət Məmmədov 2025-ci ildə Mədəniyyət Nazirliyinə tabeli və regionlarda yerləşən teatrlarla ümumi dəyəri 246 868 manat olan 8 satınalma müqaviləsi bağlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 18 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 170
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 145
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

16:10 72
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 248
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 111
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 218
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 254
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 260
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 152
.