Ermənistanda seçkilər: müxalifət qalib gəlsə, Bakı ilə münasibətlər gərginləşəcək? - POLİTOLOQDAN AÇIQLAMA

Ermənistanda seçkilər: müxalifət qalib gəlsə, Bakı ilə münasibətlər gərginləşəcək? - POLİTOLOQDAN AÇIQLAMAErmənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər regionda siyasi proseslərə marağı yenidən artırıb. Seçki öncəsi ölkədə siyasi rəqabətin güclənməsi, xüsusilə müxalif qüvvələrin daha sərt ritorika ilə çıxış etməsi diqqət çəkir. Bu isə yalnız Ermənistanın daxili siyasi gündəmini deyil, eyni zamanda regionda, o cümlədən Azərbaycanla münasibətlərin gələcəyini də sual altına qoyur. Müşahidələr göstərir ki, hakimiyyətlə müqayisədə müxalifət düşərgəsi daha çox milli ritorikaya üstünlük verir və kompromis mövqelərə daha ehtiyatla yanaşır.

Bu baxımdan, əgər seçkilərdə müxalif qüvvələr üstünlük qazanarsa, Ermənistanın xarici siyasət kursunda müəyyən sərtləşmə ehtimalı istisna edilmir. Belə bir ssenaridə Azərbaycan-Ermənistan münasibətlərində hazırda müşahidə olunan nisbi sabitliyin pozulması, danışıqlar prosesinin ləngiməsi və ritorikanın daha da kəskinləşməsi mümkündür. Bununla belə, proseslərin necə inkişaf edəcəyi yalnız seçkilərin nəticəsindən deyil, həm də regional və beynəlxalq faktorların təsirindən asılı olacaq. Beləliklə, qarşıdan gələn seçkilər təkcə Ermənistan üçün deyil, bütün region üçün mühüm siyasi sınaq kimi qiymətləndirilir.
Ermənistanda seçkilər: müxalifət qalib gəlsə, Bakı ilə münasibətlər gərginləşəcək? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Ermənistanda mümkün siyasi hakimiyyət dəyişikliyi və revanşist qüvvələrin yenidən iqtidara gəlməsi ehtimalı regionda formalaşmış postmünaqişə reallıqlarının gələcək inkişaf trayektoriyası baxımından ciddi geosiyasi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, xüsusilə Köçəryan kimi daşnaksütyun ideologiyasının daşıyıcısı olan fiqurların yenidən hakimiyyətə iddia etməsi Ermənistanın daxili və xarici siyasət kursunda kəskin dönüş ehtimalını gündəmə gətirir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, revanşist ideologiyanın yenidən güclənməsi Ermənistanın regional inteqrasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. 2020-ci ildə baş vermiş 44-günlük Vətən nüharibəsi nəticəsində formalaşmış yeni güc balansı Cənubi Qafqazda əməkdaşlıq və kommunikasiyaların açılması üçün real zəmin yaradıb. Mövcud mərhələdə region dövlətləri üçün əsas prioritet iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılmasıdır.

Lakin revanşist siyasi qüvvələrin hakimiyyətə gəlməsi bu proseslərin ləngiməsinə, hətta bəzi hallarda tam dayanmasına səbəb ola bilər. Belə bir ssenaridə Ermənistanın yenidən təcrid siyasətinə qayıtmaq riski yüksəlir. Uzun illər ərzində qeyri-konstruktiv mövqe və işğalçılıq siyasəti nəticəsində regional layihələrdən kənarda qalan Ermənistan üçün yeni iqtisadi imkanlar məhz sülh və əməkdaşlıq mühitində formalaşa bilər. Əks halda, ölkənin məhdud resursları və zəif iqtisadi bazası fonunda populist vədlər real nəticə verməyəcək və sosial-iqtisadi problemlər daha da dərinləşəcək. Təhlükəsizlik müstəvisində isə revanşist qüvvələrin ritorikası regionda gərginliyin artmasına səbəb ola bilər. Digər mühüm məqam ondan ibarətdir ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi regionda böyük güclərin rəqabət elementlərini də gücləndirə bilər.

Ermənistanın yenidən geosiyasi alətə çevrilməsi ehtimalı artar ki, bu da Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün əlavə çağırışlar yaradar. Nəticə etibarilə, Ermənistanda Paşinyanın məğlubiyyəti və revanşist siyasi qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı sülh prosesinə mənfi təsir göstərə, regional əməkdaşlıq perspektivlərini zəiflədə və yeni risklər yarada bilər. Bununla belə, formalaşmış yeni reallıqlar dəyişməz olaraq qalır və regionda davamlı sülhün alternativi yoxdur. Azərbaycan üçün əsas prioritet dəyişməz olaraq qalır. Yəni beynəlxalq hüquqa əsaslanan, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını ehtiva edən və uzunmüddətli sabitliyi təmin edən sülh modelinin reallaşdırılması mütləqdir. Bu məqsədə çatmaq üçün isə qətiyyətli siyasi iradə, ardıcıl diplomatik fəaliyyət və regional əməkdaşlıq mexanizmlərinin inkişafı həlledici rol oynamaqda davam edəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 27
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 268
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 159
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 138
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 136
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 147
.

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl

12:56 164
.