Cibi yandıracaq artım: kommunal xidmətlər bahalaşa bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Son günlər Azərbaycanda kommunal xidmətlərin qiymətinin artacağı ilə bağlı səslənən açıqlamalar cəmiyyətdə ciddi narahatlıq yaradıb. İqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, yaxın aylarda vətəndaşları kommunal ödənişlərdə və digər sahələrdə qiymət artımı gözləyə bilər. Ekspertin fikrincə, bu addımların əsas səbəbi dövlətin azalan gəlirləri kompensasiya etmək istəyi ilə bağlı ola bilər.
Bu isə o deməkdir ki, onsuz da artan yaşayış xərcləri fonunda əhalinin üzərinə əlavə maliyyə yükü düşə bilər. Kommunal tariflərin mümkün bahalaşması yalnız sosial məsələ deyil, eyni zamanda iqtisadi zəncirvari təsirlərə də səbəb ola bilər. Çünki enerji, qaz və digər xidmətlərin qiymətinin artması bazarda ümumi qiymətlərin yüksəlməsinə, nəticədə inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, sual açıq qalır: kommunal xidmətlərin qiyməti həqiqətən artacaqmı və bu artım əhalinin həyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Natiq Cəfərli kimi iqtisadçıların belə fikirlər səsləndirməsi adətən təsadüfi olmur, çox vaxt müəyyən infirmativ siqnallara əsaslanır. Onun sözlərinə görə, kommunal xidmətlərin yenidən bahalaşması ehtimalı bir neçə amildən asılıdır: "Əvvəla, enerji daşıyıcılarının maya dəyəri və dövlətin subsidiyaları əsas rol oynayır. Əgər qaz, elektrik və su xidmətlərinin real xərcləri artırsa və dövlət əvvəlki kimi bu fərqi qarşılamaq istəməsə və ya imkanları məhdudlaşsa, tariflərin artırılması gündəmə gələ bilər. Bu, daha çox iqtisadi qərardır, amma sosial təsirləri çox ciddi olur.
Digər tərəfdən, bu il sosial paketlərin açıqlanmaması və ya gecikməsi əhalinin gəlir-xərc balansını zəiflədir. Belə şəraitdə kommunal qiymətlərin artımı hökumət üçün də risklidir, çünki bu, narazılığı artırır və sosial yükü ağırlaşdırır. Ona görə də adətən belə qərarlar ya kompensasiya tədbirləri ilə birlikdə, ya da mərhələli şəkildə həyata keçirilir.
Natiq Cəfərlinin bunu sırf iqtisadi proses kimi yox, ehtimal ki, müəyyən məlumatlara əsaslanaraq deməsi mümkündür, amma bu tip açıqlamalar həm də ehtimal və proqnoz xarakteri daşıyır. Yəni bu, artıq qərarın verildiyi anlamına gəlmir, sadəcə riskin mövcud olduğunu göstərir.
Ümumilikdə, yaxın dövrdə bahalaşma tam istisna deyil, amma sosial vəziyyət nəzərə alınaraq hökumətin bunu ya gecikdirməsi, ya da yumşaq formada etməsi daha real görünür".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 992 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
18:40 27 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 268 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 159 Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
16:28 138 3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 136 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət
13:12 147 YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl
12:56 164