Azərbaycan gəncləri niyə ölkəni birdəfəlik tərk edir? - SOSİOLOQDAN AÇIQLAMA

Azərbaycan gəncləri niyə ölkəni birdəfəlik tərk edir? - SOSİOLOQDAN AÇIQLAMASon illərdə Azərbaycanda diqqət çəkən əsas tendensiyalardan biri gənclərin ölkəni birdəfəlik tərk etməyə üstünlük verməsidir. Rəsmi statistik rəqəmlər bu prosesi tam açıq göstərməsə də, sosial reallıq və müşahidələr fərqli mənzərə ortaya qoyur. Xüsusilə əmək bazarında çətinliklər, karyera imkanlarının məhdudluğu və gələcəklə bağlı qeyri-müəyyənlik gəncləri xaricdə daha stabil həyat axtarmağa sövq edir. Bu gün artıq xaricə təhsil üçün gedənlərin böyük hissəsi geri qayıtmır, işləmək üçün gedənlər isə uzunmüddətli planlarını ölkə xaricində qurur.

Rəsmi olaraq miqrasiya balansı bəzi illərdə müsbət göstərilsə də, bu, daha çox ölkəyə gələn əcnəbilərlə bağlıdır və yerli gənclərin axınının qarşısının alındığı anlamına gəlmir. Beləliklə, yaranan sual açıq qalır: Azərbaycan gəncləri niyə gedir və onları geri qaytarmaq mümkündürmü?
Azərbaycan gəncləri niyə ölkəni birdəfəlik tərk edir? - SOSİOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bilirsiz artıq Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb ölkələri ilə, eləcədə qardaş Türkiyə və digər ölkələr ilə əlaqələr genişləndi və bu fonda gənclərdə xaricdə təhsil, iş və digər məqsədlər ilə xaricə getməyi motivasiya etdi. Ona görədə xaricə gedən gənclər daha çox təhsil almaq, işgüzar məqsədlər ilə xarici ölkələrdə öz karyeralarını qurmaq məqsədi ilə gedir və hesab edirəm ki, buna digər səbəb isə həmin ölkələrin, Avropa ölkələrinin əhalisinin qocalması və Azərbaycan kimi ölkələr üçün motivasiyaedici, təşviqedici alətlərdən istifadə edərək sanki beyin axınını təşviq edirlər. Onun sözlərinə görə, yəni gənc əhalini əmək bazarına cəlb edirlər: "O baxımdan burda bir tərəfdən Azərbaycan gənclərinin özlərinin iş qurmaq motivasiyası, digər tərəfdən getdikləri ölkələrin məhz selektiv miqrant axınını təşviq etmək aləti ilə əlaqədardır. Onlar əhalinin qocaldığı ölkələrdir. Bu ölkələrdə gənc işçi qüvvəsinə ehtiyac var. Keyfiyyətli əhali fondunu artırmaq üçün mexaniki artıma üstünlük verirlər. Mexaniki artımda da selektiv miqrasiyaya üstünlük verirlər.

Azərbaycan üçün problem ondan ibarət olur ki, ölkəmizdən beyin axını həmin ölkələrə gedir. Əlbbətdəki bu bizi düşündürməlidir. Çünki əgər bu sürətli bir şəkil alsa Azərbaycanın əmək bazarında problem ola bilər. Yəni keyfiyyətli əhali statistikasında da problem yarana bilər gənclərin xaricə axını fonunda. Ölkədə gənclərin sayı azala bilər, ahılların isə sayı çoxala bilər. Buda Azərbaycan əhalisini qoca əhali sindromu ilə baş-başa qoya bilər. Biz çalışmalıyıq ki, Qərb ölkələrində olan təhsil keyfiyyətini Azərbaycanda da yaradaq. Eyni zamanda işgüzar mövqe Azərbaycanda da gənclərin istəklərinə və təlabatlarına uyğun şəkildə təmin edək ki, gənclər xaricə axın etməsin. Azərbaycandan beyin axını baş verməsin və keyfiyyətli əhali indeksimizi qoruyub saxlaya bilək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 206
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

14.08.2026 188
.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

14.08.2026 190
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 166
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

14.08.2026 184
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 213
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

14.08.2026 206
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 224
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14.08.2026 324
.

TOP MP3