İmtahanlar niyə dərs ili bitməmiş keçirilir? - səbəblər açıqlandı

İmtahanlar niyə dərs ili bitməmiş keçirilir? - səbəblər açıqlandı"Tədris ili başa çatmadan imtahanların keçirilməsi valideynlər və şagirdlər arasında narazılıq və narahatlıq yaradır. Lakin buraxılış imtahanlarının bu formada təşkili müəyyən obyektiv səbəblərlə bağlıdır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eskperti Elçin Əfəndi bildirib.

O, qeyd edib ki, 2019-cu ildən etibarən imtahanların keçirilməsində yeni qaydalar tətbiq olunmağa başlanılıb. Bu dəyişikliklərə açıq tipli yazılı sualların əlavə edilməsi də daxildir. Belə sualların yoxlanılması və qiymətləndirilməsi isə daha çox vaxt tələb edir:

"Əgər imtahan prosesi tədris ili başa çatdıqdan sonra başlansaydı, nəticələrin şagirdlərə yalnız iyul ayında təqdim olunması mümkün olardı. Bu halda blok imtahanları da iyul ayına təsadüf edər, ümumi imtahan prosesi həddindən artıq uzanardı və növbəti tədris ilinə qədər davam edə bilərdi.
İmtahanlar niyə dərs ili bitməmiş keçirilir? - səbəblər açıqlandıBu səbəbdən imtahanların tədris ili bitməmiş keçirilməsi zərurətə çevrilib. Lakin bu vəziyyət məktəblərdə davamiyyətə müəyyən mənfi təsir göstərir. Bəzi şagirdlər buraxılış imtahanını verdikdən sonra dərslərə davam etməyin vacib olmadığını düşünür. Halbuki tədris ili başa çatana qədər davamiyyətin qorunması vacibdir.

Şagirdlər nəzərə almalıdır ki, ilin sonuna qədər aldıqları qiymətlər onların attestat göstəricilərinə birbaşa təsir edir. Attestat balı isə xüsusilə ali təhsil müəssisələrinə qəbul zamanı mühüm rol oynayır. Eyni bal toplayan abituriyentlər arasında seçim edilərkən attestat göstəricisi yüksək olanlara üstünlük verilir.

Eyni zamanda, gələcəkdə Dövlət İmtahan Mərkəzi imtahan suallarının hazırlanması və yoxlanılması prosesini daha da optimallaşdırarsa, imtahan tarixlərinin müəyyən qədər irəli çəkilməsi də mümkün ola bilər.

Qeyd edək ki, tədris ili başa çatmadan imtahanların keçirilməsi beynəlxalq təcrübədə də tətbiq olunan yanaşmadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 15 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 206
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

14.08.2026 188
.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

14.08.2026 190
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 166
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

14.08.2026 184
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 213
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

14.08.2026 206
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 224
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14.08.2026 324
.

TOP MP3