Yerdə süni gecə işıqlanması artır - alimlərdən yeni açıqlama
Alimlər Yer kürəsi ilə bağlı diqqətçəkən yeni nəticələr açıqlayıb. Araşdırmalar göstərir ki, planetdə gecə saatlarında süni işıqlandırmanın səviyyəsi ildən-ilə artır.
BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələrinə görə, 2014-2022-ci illər ərzində peyk müşahidələri qlobal gecə işıqlanmasının orta hesabla hər il təxminən 2 faiz artdığını ortaya qoyub. Bu dəyişikliklər regionlara görə fərqli xarakter daşıyır.
Məlumata əsasən, Çin və Hindistan kimi ölkələrdə şəhərləşmənin sürətlənməsi ilə əlaqədar gecə işıqlanmasında ciddi artım qeydə alınıb. Eyni dövrdə bəzi inkişaf etmiş ölkələrdə isə əksinə, azalma müşahidə olunub. Bu hal əsasən LED texnologiyalarına keçid və işıq çirklənməsinin azaldılması tədbirləri ilə izah edilir.
Avropa ərazisində ümumi gecə işıqlanmasının təxminən 4 faiz azaldığı bildirilsə də, bu göstəricilər insanların vizual müşahidələri ilə hər zaman üst-üstə düşmür. Alimlər bunu peyk sensorlarının insan gözündən fərqli işləməsi ilə əlaqələndirir.
Tədqiqat çərçivəsində peyk müşahidələrinin dəqiqliyini artırmaq üçün yeni analiz üsulu da tətbiq olunub. Bu metod müşahidə bucağını nəzərə alaraq şəhər və yaşayış zonalarının işıq səviyyəsini daha düzgün qiymətləndirməyə imkan verir.
Mütəxəssislər qeyd edir ki, süni işıqlandırma gecə saatlarında enerji istehlakının əsas hissəsini təşkil edir və işıq çirklənməsi ekosistemlərə mənfi təsir göstərir. Bu səbəbdən prosesin izlənməsi və idarə olunması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Avropa Kosmik Agentliyi daha həssas ölçmələr aparmaq üçün yeni nəsil peyk üzərində iş aparır. Bu peyk daha zəif işıq mənbələrini də qeydə alaraq mövcud məlumatların dəqiqliyini artıracaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1013 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?
"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs
14.08.2026 206 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
14.08.2026 188 Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT
"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind
14.08.2026 190 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 166 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 184 Ağdamda da yanğın başladı - Video
Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya
14.08.2026 213 Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı
Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof
14.08.2026 206 Ağcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy
14.08.2026 224 Afaq bu dəfə Yunanıstana getdi - Fotolar
Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin
14.08.2026 324