"Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm"
"Başa düşürəm ki, insanlar bunu sevdiklərindən edirlər. Lakin belə olanda mahnı dəyişilə bilər. Mahnının notu dəyişilməməlidir. Hətta tamaşalarda belə bunu edirlər. Belə olmaz, qadağandır. Süni intellektə əmr verəndə desinlər ki, notu dəyişmə".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. O, süni intellektlə mahnılarını dəyişənləri gələcəkdə məhkəməyə verəcəyini və onlardan 50 min manat təzminat tələb edəcəyini bildirib:
"Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Mən razılaşmadım. Xahiş edirəm, diqqətli olun. Özünüzə nə istəyirsiniz, süni intellektlə yazın, amma mahnılarımızı dəyişdirməyin. Bu mənim bəyənməyimlə bağlı deyil, qanundur. Bəstəkar notu yazıb. Hüquqlar pozulur, olmaz, qadağandır. Kim edəcəksə, başı ağrıyacaq, məhkəmədə cavab verəcək, ən azı 50 min manat təzminat ödəməli olacaq. Özləri bilərlər. Nəinki mənim, bütün bəstəkarların mahnılarını süni intellektlə dəyişməyin. Özünüz üçün nəsə etmək istəyirsinizsə, edin.
Hər yerdə belə mahnılardan istifadə edirlər, sonra da özlərini "bəstəkar" adlandırırlar. Ona görə indi ki, ailələr də sünidir, evlənirlər, boşanırlar. O qədər bəstəkarlarımızın əsərləri var ki, bundan sonra belə mahnılar yazılmasa belə ehtiyac yoxdur. Yazırsansa, yaxşı yaz. Yaza bilmirsənsə, get hansısa bəstəkarın mahnısını götür, aranjiman et, oxu. Gündə, ayda bir mahnı çıxarmaqla nə demək istəyirsiniz? Qorxularından hər ay yeni mahnı çıxarırlar. Bəstəkarlarımız unudulub gedir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək
18:40 27 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 268 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 159 Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
16:28 138 3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 136 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət
13:12 147 YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edib
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəl
12:56 164