Razılaşma var, amma suallar qalır: Hizbullah silahı yerə qoyacaqmı? - POLİTOLOQDAN AÇIQLAMA

Razılaşma var, amma suallar qalır: Hizbullah silahı yerə qoyacaqmı? - POLİTOLOQDAN AÇIQLAMAABŞ-da keçirilən son İsrail-Livan danışıqları regionda uzun müddətdir davam edən gərginliyin diplomatik müstəviyə daşınması baxımından mühüm addım kimi qiymətləndirilsə də, əldə olunan razılaşmaların real nəticə verib-verməyəcəyi hələ də sual altındadır. Xüsusilə Hizbullahın silahı yerə qoyması ilə bağlı səsləndirilən tələblər və İranın Livandakı rolunun məhdudlaşdırılması məsələsi kağız üzərində razılaşdırılsa belə, bu qərarların icrası olduqca mürəkkəb görünür.

Çünki artıq indidən məlum olur ki, Hizbullah bu danışıqları tanımır və onların nəticələrini qəbul etməyəcəyini açıq şəkildə bəyan edir. Bundan əvvəl də təşkilat silahsızlanma çağırışlarını dəfələrlə rədd edib və bunu xarici təzyiq kimi qiymətləndirib . Belə bir şəraitdə əsas sual ortaya çıxır: siyasi razılaşmalar hərbi və ideoloji baxımdan güclü olan bir aktora təsir edə biləcəkmi, yoxsa bu proses növbəti uğursuz diplomatik cəhd kimi tarixə düşəcək?
Razılaşma var, amma suallar qalır: Hizbullah silahı yerə qoyacaqmı? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, İsrail və Livan nümayəndələri arasında Hizbullahın tam tərksilah olunması ilə bağlı əldə olunan razılıq Orta Şərqdə təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması nöqteyi-nəzərindən diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu məsələ yalnız Livanın daxili sabitliyi ilə məhdudlaşmır, eləcə də regional güc balansına və İranın təsir imkanlarına birbaşa təsir edən kompleks geosiyasi komponentləri ehtiva edir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Hizbullahın silahsızlaşdırılması məsələsi Livanın suverenliyi və dövlət institutlarının möhkəmləndirilməsi kontekstində uzun illərdir beynəlxalq gündəmdə yer alır. Silahlı qeyri-dövlət aktorunun mövcudluğu Livanda paralel güc mərkəzinin formalaşmasına səbəb olub, bu isə dövlətin təhlükəsizlik üzərində inhisarını zəiflədir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, belə bir razılaşma Livan dövlətinin legitim təhlükəsizlik institutlarının gücləndirilməsi istiqamətində mühüm addım kimi interpretasiya oluna bilər.

Digər tərəfdən isə İranın Livandakı təsirinin məhdudlaşdırılması məsələsinin danışıqlarda xüsusi yer tutması prosesin sırf təhlükəsizlik deyil, daha geniş geosiyasi çərçivədə aparıldığını göstərir. Məlumdur ki, Hizbullah İranın regiondakı əsas təsir alətlərindən biri kimi çıxış edir. Ona görə də, təşkilatın tərksilahı yalnız Livan daxilində qüvvələr balansını deyil, həmçinin İranın bu bölgədəki strateji mövqelərini zəiflədə bilər. Bu isə öz növbəsində ABŞ və onun regional müttəfiqlərinin maraqları ilə üst-üstə düşür. ABŞ tərəfindən Livana yönəldilən 58,8 milyon dollarlıq humanitar yardım paketi isə bu prosesin "yumşaq güc" komponenti kimi qiymətləndirilə bilər.

Vaşinqton bu vasitə ilə bir tərəfdən Livanda sosial-iqtisadi gərginliyin azaldılmasına töhfə verməyi, digər tərəfdən isə rəsmi Beyrut üzərində təsir imkanlarını artırmağı hədəfləyir. Humanitar yardımın təhlükəsizlik gündəliyi ilə paralel təqdim olunması ABŞ-nin kompleks yanaşma strategiyasını əks etdirir. Heç şübhəsiz ki, bu razılaşmanın praktik müstəvidə reallaşması bir sıra ciddi çağırışlarla üzləşə bilər. Hizbullahın həm hərbi, həm də siyasi struktura malik olması, onun Livanın daxili siyasi sistemində dərin kök salması tərksilah prosesini çətinləşdirən əsas amillərdəndir. Bundan əlavə İranın bu prosesə mümkün reaksiyası və regionda gərginliyin artma ehtimalı da nəzərə alınmalıdır. Nəticə etibarilə, əldə olunduğu bildirilən razılaşma regionda yeni siyasi dinamikanın formalaşmasının ilkin siqnalları kimi qiymətləndirilə bilər. Lakin bu təşəbbüsün uğuru tərəflərin real siyasi iradəsindən, beynəlxalq aktorların koordinasiyasından və ən əsası Livan daxilində konsensusun formalaşdırılmasından asılı ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1067   Tarix: 15 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

14.08.2026 190
.

İxtisasların sayı niyə azaldılır? - Əsas səbəblər

"Peşə təhsilində ixtisasların sayının azaldılması ilə bağlı qərar əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi baxımından mühüm addımdır. İxtisasların optimallaşdırılması həm təkrarlanan və aktuallığını itirmiş istiqamətlərin aradan qaldırılmasına, həm də resursları

14.08.2026 205
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

14.08.2026 224
.

Azərbaycanda yeni informasiya sistemi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə"

14.08.2026 214
.

Müharibədən sonra 400-dən çox adam minaya düşüb

İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma

14.08.2026 137
.

Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizli

14.08.2026 192
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

14.08.2026 184
.

Haaland rekordlar kitabına düşdü

Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd

14.08.2026 187
.

Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər

Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf

14.08.2026 132
.

TOP MP3