"Space" TV-də nə baş verir? - Ya özünü yeniləyəcək, ya da...

"Space" TV-də nə baş verir? - Ya özünü yeniləyəcək, ya da...Azərbaycan teleməkanında vəziyyət ürəkaçan deyil. Qalmaqallar, bağlanan verilişlər, efir etikası ilə bağlı müzakirələr bir-birini əvəz edir. Tamaşaçı illərdir şikayət etdiyi "bayağı" ifaçıların nəhayət ki, efirdən uzaqlaşdırılmasının şahidi olur. Bəs bu dəyişikliklər həqiqətən keyfiyyətə aparır, yoxsa sadəcə iş görmək xatirinə atılan addımlardır?

Hadisələrin mərkəzində isə "Space" TV dayanır. Dünən kanalın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt etdi. Kanalda Audiovizual Şuranın yoxlamalar aparması efir məkanındakı hazırki vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Məlumdur ki, artıq söhbət tək bir verilişdən yox, ümumi idarəetmə və efir siyasətindən gedir.

"Space" TV-də gərginlik Tarix Əliyevin aparıcılığı ilə yayımlanan "Tarixin bir günü" verilişinin bağlanması ilə başladı. Sosial şəbəkələrdə geniş müzakirə olunan proqramın yayımının dayandırılması cəmiyyətə "efirdən bayağılığın yığışdırılması" kimi təqdim olundu.

ARB-də "Səni axtarıram", "Həmin Zaur", "Elgizlə izlə", ATV-də "Rəngarəng" və "Bizimləsən" kimi reytinqli proqramlar da həmin siyahıya düşdü. Bir vaxtlar gündəmi zəbt edən, sosial mediada trendə çevrilən bu layihələr indi efirdə yoxdur.

"Səni axtarıram" və "Bizimləsən" formatında isə cəmi iki veriliş qaldı. Lalə Azərtaşın təqdimatında "Xəzər" TV-də yayımlanan "Təsir dairəsi" və "Space" TV-də Amil Xəlilin təqdimatında efirə gedən "Gəl danış" verilişi. Yəni format tamamilə aradan qaldırılmayıb, sadəcə nəzarət altına alınıb.

Verilişlərin bağlanması ilk mərhələdə cəmiyyət tərəfindən alqışlandı və böyük səs-küyə səbəb oldu. İnsanlar daha səviyyəli efir, daha mədəni müzakirələr, sənətə və intellektə yer verən proqramlar gözləyirdi. Həqiqətən də efirə muğam ustaları, aktyorlar, bəstəkarlar daha çox dəvət olunmağa başladı. Amma burada başqa bir problem üzə çıxdı. Bayağılıqdan uzaqlaşmaq yalnız muğam ifaçılarını efirə çıxarmaq demək deyil. Azərbaycan pop musiqisində də keyfiyyətli işlər görən sənətçilər kifayət qədərdir. Üstəlik, eyni simaların təkrar-təkrar müxtəlif kanallarda görünməsi tamaşaçını yorur.

Fərqlilik yaratmaq əvəzinə, kanallar bir-birinin siyahısını təkrarlayır. Elə son 1 həftədə Əməkdar artist Vasif Məhərəmlini 4 ayrı verilişdə görmüşəm.

Dəyişiklik var, amma yaradıcılıq hələ də inkişaf edə bilməyib. Ən maraqlı məqam isə budur ki, bayağılıqdan gileylənən tamaşaçı yeni formatlı proqramlara əvvəlki qədər baxmır. Reytinqlər aşağı düşüb. Bu, bir reallığı göstərir: televiziya yalnız tənqidlə yox, alternativ təqdimatla ayaqda qalmağı bacarmalıdır.

Təbii ki, özəl kanallar, reytinq qazanmalıdır bu, danılmaz faktdır. Çünki kanalları dövlət maliyələşdirmir. Amma reytinq naminə səviyyəni aşağı salmaq da çıxış yolu deyil. Əsl peşəkarlıq məhz keyfiyyətli və maraqlı məzmunla tamaşaçını ekrana bağlamaqdır.

Uzun illər efirlər şəxsi həyat dramları üzərində quruldu. Kim neçə dəfə evlənib, kim kimi tərk edib, kim atasını axtarır… Bu mövzular cəmiyyət üçün nə qədər önəmlidir və ya niyə önəmli olmalıdır?

İnsanlar qalmaqala bir dəfə maraq göstərir, ikinci dəfə artıq yorulur. Televiziya isə bu yorğunluğu görməzdən gəlir. Nəticədə tamaşaçı alternativ platformalara, yəni sosial mediaya üz tutur.

Əyləncə proqramı sərhədsiz azadlıq demək deyil. Şou etmək olar, amma səviyyəni qoruyaraq.

Digər həqiqət budur ki, efirdə çalışan aparıcıların böyük hissəsi peşəkar jurnalistika təhsili almamış şəxslərdir. Bu, ayıb deyil. Amma efir etikası, informasiya balansı, müsahibə mədəniyyəti kimi əsas prinsipləri bilmədən ekran qarşısına çıxmaq artıq riskdir.

Televiziya məktəbdir. Orada deyilən hər söz cəmiyyətə təsir edir.

Digər diqqətçəkən məqam isə bizdə layihələrin yoxluğudur. Bütün verilişlər biri-birini təkrarlayır. Bilmirəm, bəlkə də kanal rəhbərliyi təqdim olunanan yeni layihələri qəbul etmir. Məsələnin bu hissəsi qaranlıqdır. Lakin bütün bu məqamlara diqqət etmək lazımdır.

Bu gün "Space" TV-də kanalın baş direktoru Vado Korovinin vəzifəsindən azad olunması və bütün idarəetmə və səlahiyyətlərin icraçı direktor Nəriman Əbdüləliyevin həyata keçirməsi artıq rəsmi təsdiqini tapdı. Kanal daxilində nələrin baş verdiyi tam məlum olmasa da, dəyişikliklərin qaçılmaz olduğu görünür.

Ümumilikdə isə Azərbaycan televiziyası dönüş nöqtəsindədir. Ya özünü yeniləyəcək, ya da tamaşaçısını itirəcək. Çünki artıq seçim çoxdur. Bu da o deməkdir ki, tamaşaçı üçün alternativlər də boldur.

Əgər kanallar doğrudan da keyfiyyətli məzmun istehsal edə bilməsə, yaxın illərdə bəzi özəl telekanalların bağlanması heç də təəccüblü olmayacaq.

Efirlər dəyişsə də, bu dəyişikliyin düşünülmüş strategiya, yoxsa sadəcə ictimai təzyiqə verilən reaksiya olması sual altındadır. Cavabı isə vaxt göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.