ABŞ-Kuba gərginliyi artır: mümkün ssenarilər müzakirədə
Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ Prezidenti Donald Trampın adanın mümkün ələ keçirilməsi ilə bağlı təhdidlərindən qorxmur və hər hansı hərbi təcavüz halında ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb.
"Qorxmuram. İnqilab üçün həyatımı verməyə hazıram. Kubaya qarşı təcavüz haqsız olacaq və bütün tərəflər üçün ağır nəticələr doğuracaq", - deyə o qeyd edib.
Prezident həmçinin Amerika ictimaiyyətinin Kubaya qarşı mümkün müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını bildirib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, son dövrlərdə Venesuelaya müdaxilədən sonra növbəti hədəfin Kuba ola biləcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. ABŞ prezidentinin rəsmi Havanaya yönəlik ritorikanı sərtləşdirməsi isə "növbəti hədəf Kuba olacaqmı?" sualını yenidən gündəmə gətirib:
"İslamabadda keçirilən danışıqlar ABŞ üçün arzuolunan nəticə ilə yekunlaşsaydı, Vaşinqtonun diqqətinin Kubaya yönəlməsi ehtimalı daha yüksək olardı.
Digər tərəfdən, İran ilə ABŞ arasında gərginliyin yenidən artması ehtimalı yüksək olaraq qalır. Belə bir şəraitdə Vaşinqtonun eyni anda Kuba ilə genişmiqyaslı qarşıdurmaya üstünlük verməsi real görünmür.
Çin və Rusiya da hazırkı mərhələdə Kubanın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyərək xarici müdaxiləyə qarşı mövqe sərgiləyir. Bu isə ehtimal olunan hər hansı müdaxilə halında Kubaya siyasi dəstəyin arta biləcəyini göstərir. Prinsip etibarilə, münaqişənin bu ölkələrin sərhədlərindən uzaqda - Qərb yarımkürəsində qalması Pekin və Moskvanın maraqlarına da uyğundur.
Kuba ABŞ müdaxiləsinə hazır olduğunu bəyan edir. Bu ölkə ilə hərbi qarşıdurma mürəkkəb və çətin ssenari kimi qiymətləndirilir. ABŞ üçün coğrafi yaxınlıq müəyyən üstünlük yaratsa da, ideoloji və genişmiqyaslı müqavimət baxımından Kuba fərqli və çətin model hesab olunur.
İstisna deyil ki, Vaşinqton uzun müddət birbaşa hərbi müdaxilə əvəzinə Kubaya qarşı daxili təzyiq mexanizmlərini gücləndirməyə üstünlük versin. Daha konkret desək, ölkədaxili sabitliyin pozulması, siyasi təzyiq və "rəngli inqilab" ssenarilərinin aktivləşdirilməsi ABŞ üçün daha real variant kimi görünür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 814 Tarix: 14 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245