Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı

Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranıRəqəmsal ödənişlərlə bağlı gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır. Bu sistem rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsallaşma ictimai nəqliyyat sektorunda da ənənəvi ödəniş vərdişlərini sürətlə dəyişir. Nağdsız ödənişlər, xüsusilə NFC texnologiyası son illərdə sərnişinlər üçün həm sürət, həm də rahatlıq baxımından əsas alternativə çevrilib. Lakin son aylarda bu rahatlığın fonunda ciddi narazılıqlar yaranıb. Sərnişinlərin bir qismi nəqliyyatda bank kartlarından istifadə etmədikləri halda vəsait çıxıldığını, digərləri xərclərdən artıq məbləğin, bəzən bir gediş haqqının iki-üç dəfə çıxıldığını iddia edir, bəziləri isə kartlarının əsassız yerə məhdudlaşdırıldığını bildirirlər. Sosial şəbəkələrdə səslənən fikirlərdə qeyd olunur ki, bu ödənişlər əvvəlki uğursuz əməliyyatların əvəzində deyil, sistem tərəfindən sonradan avtomatik şəkildə həyata keçirilir. Xüsusilə son vaxtlar paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən "kart məhdudlaşdırılıb" bildirişi ilə tez-tez qarşılaşırlar.

Gecikmə haradan yaranır?

Məsələnin əsas səbəbi ödənişin təsdiqi ilə vəsaitin faktiki silinməsi arasında yaranan zaman fərqidir. NFC ödənişlərində əməliyyat dərhal "uğurlu" kimi qeydə alınsa da, vəsait bank hesabından real vaxtda çıxılmır. Bu gecikmə bir neçə saat, bəzən günlərlə davam edə bilər. Nəticədə istifadəçi kartında kifayət qədər vəsait olduğunu düşünsə də, əvvəlki əməliyyatlar sistemdə "borc" kimi qalır və sonradan toplu şəkildə silinir. Xüsusilə oktyabr-aprel aylarında həyata keçirilmiş əməliyyatların bir hissəsinin gecikmə ilə emal olunması bu problemi daha da qabarıq göstərib. Hətta "BakıKart" bununla bağlı açıqlama yayıb.

Rəsmi açıqlama

"BakıKart"dan bildirilib ki, oktyabr-aprel aylarında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlanılıb və bu proses başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq: "Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz".

Sistem necə işləyir?

Qurumun məlumatına görə, "BakıKart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "bir dəfəlik keçid imkanı", həm də "gecikdirilmiş avtorizasiya" prinsiplərini əhatə edir. "Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Qurumdan bildirilir ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.

Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

"Gecikmiş silinmə" görüntüsü necə yaranır?

İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır:

"Validatorda kart oxunarkən sistem ilk növbədə kartın aktivliyini yoxlayır, lakin vəsaitin real vaxt rejimində silinməsi üçün hər bir avtobusdan banka anlıq sorğu göndərilməsi şəbəkə yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən tranzaksiya məlumatları paket şəklində toplanır və müəyyən fasilələrlə banka ötürülür ki, bu da "gecikmiş silinmə" görüntüsü yaradır".

E.Abbasovun sözlərinə görə, rabitə problemləri və texniki uyğunsuzluqlar da bu prosesə təsir edir:

"Avtobus hərəkətdə olarkən validatorun internet bağlantısı zəiflədikdə məlumatların serverə ötürülməsi dayanır. Həmçinin bəzi smartfonların NFC modullarının validatorla sürətli əlaqə qura bilməməsi və ya token mübadiləsinin ləngiməsi ödənişin uğursuz olması və ya kartın qara siyahıya düşməsi ilə nəticələnir".

"Sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır"

Gecikmiş ödənişlər sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır. İstifadəçi balansının yetərli olduğunu düşündüyü halda, əvvəlki gediş haqları sonradan silindikdə balans mənfiyə düşə bilər. Bu isə xüsusilə debet kartlarda gözlənilməz bloklanmalara və digər ödənişlərin gecikməsinə səbəb olur.

Ekspert əlavə edir ki, oflayn tranzaksiya modeli müəyyən hallarda saxtakarlıq risklərini də artırır:

"Bu modeldə validator kartın balansını bankla anlıq yoxlamadığı üçün, balansı olmayan və ya bloklanmış kartlarla gediş etmək mümkün ola bilər. Bu boşluğu doldurmaq üçün sistem sonradan "qara siyahı" tətbiq edir, lakin məlumatların gecikməsi saxta və ya klonlanmış kartlarla sistemdən müvəqqəti istifadə imkanını artırır".

Bununla belə, ödənişlər zamanı tokenizasiya tətbiq olunur və kart məlumatları şifrələnmiş formada ötürülür.

Mütəxəssislər sərnişinlərə kart balansını mütəmadi yoxlamağı, əməliyyat tarixçəsini izləməyi və şübhəli hallarda bankla əlaqə saxlamağı tövsiyə edirlər. Daha təhlükəsiz yanaşma kimi nəqliyyat ödənişləri üçün ayrıca kartdan istifadə etmək də məqsədəuyğun hesab olunur.

Nəticə olaraq, NFC texnologiyası rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 928   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 155
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 175
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

15:49 149
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

18:50 116
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 136
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

18:40 131
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 153
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 287
.

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

13:19 155
.