ABŞ-İran qarşıdurması: atəşkəs, yoxsa müvəqqəti pauza?
ABŞ prezidenti Donald Trampın "bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək" kimi sərt bəyanatından sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb.
Bildirilir ki, atəşkəs iki həftə müddətində qüvvədə olacaq. İran tərəfi isə vurğulayır ki, müharibə yalnız aprelin 10-da planlaşdırılan danışıqlarda 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab edilə bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, hazırda müharibə bitmiş sayılmır. Bu, sadəcə atəşkəs razılığıdır və vəziyyət hələ də həssas olaraq qalır. Hər an gərginliyin yenidən artması ehtimalı var. Bununla belə, atəşkəsin əldə olunması gözlənilən idi. Çünki İsrail və ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlar gözlənilən nəticəni vermədi:
"Doğrudur, Təl-Əviv və Vaşinqton İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir sıra mühüm şəxsləri zərərsizləşdirib, həmçinin ölkənin hərbi obyektlərinə və infrastrukturuna ciddi ziyan vurub. Lakin Tehranın cavab addımları da gözləniləndən daha sərt olub.
İran ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarını və bu bazaların olduğu ölkələri açıq hədəf elan edib, müxtəlif istiqamətlərdə zərbələr endirib. Hətta ABŞ-ın Fars körfəzinə yerləşdirdiyi donanmaya, o cümlədən F-15E qırıcı təyyarəsinə və daha sonra pilotları axtarmaq üçün göndərilən "Black Hawk" tipli helikopterə qarşı hücumlar vəziyyəti daha da gərginləşdirib. İsrailə endirilən fasiləsiz zərbələr də münaqişənin miqyasını genişləndirib.
Faktiki olaraq İranın müqaviməti ABŞ üçün gözlənilməz olub. Bundan əlavə, körfəz ölkələrinin, Türkiyənin və Avropa müttəfiqlərinin Vaşinqtona açıq dəstək verməməsi, əksinə əməliyyatların dayandırılması üçün təzyiq göstərməsi də ABŞ-ı bu addımı atmağa vadar edib.
Subyektiv yanaşmaya görə, atəşkəsin əldə olunmasında əsas faktor Çinin rolu olub. Bildirilir ki, Ayətullah Müctəba Xamenei Pekinin diplomatik səyləri və son anda göstərdiyi təsir nəticəsində Pakistanın təklif etdiyi iki həftəlik atəşkəsi qəbul edib. Bununla yanaşı, Çinin İrana hərbi dəstəyi də diqqət çəkir.
Son günlər İran ordusunun ABŞ-a qarşı daha dəqiq və effektiv zərbələr endirməsi diqqətdən qaçmayıb. Halbuki bundan əvvəl İran ciddi itkilərlə üzləşmişdi. Bu dəyişimin əsas səbəbi kimi Çinin İrana yeni nəsil hava hücumundan müdafiə sistemləri və digər silahlar təqdim etməsi ehtimal olunur.
Beləliklə, ehtimal edilir ki, Pekin həm Tehrana diplomatik təsir göstərib, həm də Vaşinqtonu hərbi balans vasitəsilə danışıqlar masasına oturmağa məcbur edib.
Pakistanın baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da İslamabadda keçiriləcək danışıqlara dəvət edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Donald Trampın əməliyyatların dayandırılması qərarını dəstəkləyib.
Hazırda qarşıda iki həftəlik atəşkəs və mümkün sülh danışıqları dayanır. Buna baxmayaraq, həm ABŞ, həm də İran tərəfi özünü qalib elan edir. Lakin mövcud vəziyyətdə heç bir tərəfin tam qələbə qazandığını demək mümkün deyil. Əgər bu, qələbədirsə, onu yalnız "Pir qələbəsi" kimi qiymətləndirmək olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 713 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 71 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq
03.10.2026 168 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 169 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 101 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 123 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 74 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 103