Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlər

Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlər"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, şagirdlər artıq ərazi prinsipi ilə deyil, bilik və bacarıq müsabiqəsi ilə qəbul olunacaq. Bu, cəmiyyətin intellektual potensialını bir mərkəzdə toplamaq baxımından faydalıdır: güclü şagirdlər bir-birini irəli çəkir, "sağlam rəqabət" formalaşır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, lakin risk də var: orta səviyyəli məktəblər istedadlı uşaqlardan məhrum qalır və təhsil mühiti zəifləyir. Ödənişsiz olması böyük üstünlükdür, çünki kasıb, istedadlı kənd uşağı üçün bu, "sosial lift" rolunu oynayır. Lakin lisey imtahanlarına hazırlaşmaq çox vaxt repetitor dəstəyi tələb edir. Dövlət aşağı siniflərdə bərabər hazırlıq imkanı yaratmasa, liseylər yalnız imkanlı ailələrin uşaqlarının toplandığı yerə çevrilə bilər, bu isə təhsildə təbəqələşməyə yol açır:

"Lisey sisteminin müsbət tərəfi şagirdin vaxtının səmərəli bölünməsidir. Klassik məktəbdə şagird 15-20 fənnin hamısından eyni dərəcədə cavabdehdirsə, liseylərdə meyil və maraqlara görə qruplaşma olur. Məsələn, humanitar sahəyə meyilli uşağın ağır riyazi tənliklərlə yüklənməməsi onun öz sahəsində daha dahi yetişməsinə şərait yaradır.

Məktəbin adının "Lisey" olması hələ keyfiyyət demək deyil. Bu qərar o zaman düzgün olar ki:
Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlərMüəllimlər xüsusi sertifikasiyadan keçsin və daha yüksək maaş alıb motivasiya olunsun;
Laboratoriya və texnoloji baza yenilənsin;
Dərslik və proqramlar standart məktəbdən fərqli, tədqiqatçı təfəkkürünə yönəlsin.

Dövlət məktəblərinin liseyləşməsi kütləvi təhsildən "keyfiyyətli təhsilə" keçid cəhdidir. Əgər bu, yalnız ad dəyişikliyi yox, məzmun islahatıdırsa, millətin gələcək ziyalı təbəqəsinin yetişməsi üçün mühüm addımdır. Lakin adi məktəblərin və orta səviyyəli şagirdlərin taleyi də unudulmamalıdır, çünki dövlətin vəzifəsi yalnız elitanı deyil, bütün cəmiyyəti savadlandırmaqdır.

Nəticə etibarilə, məktəblərin adını dəyişib "lisey" qoymaqla mahiyyətin dəyişəcəyinə ümid etmək sadəcə özünüaldatmadır. Müəllim nüfuzunun aşağı düşdüyü, şagirdin buraxıldığı və təhsil ocaqlarının qeyri-peşəkar idarəçiliyə verildiyi mühitdə hansı keyfiyyət dəyişikliyindən danışmaq olar? Elm və Təhsil Nazirliyinin bu addımının uğuru, islahatın necə icra olunmasından asılı olacaq; hələlik isə adlar dəyişsə də, sistemin ruhu və idarəçilik fəlsəfəsi hələ də həqiqi pedaqoji uzaqgörənlikdən uzaqdadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

03.10.2026 208
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

03.10.2026 158
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 109
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

03.10.2026 169
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 99
.